Ancaq bu ordu səhraya (düzənliyə) gəldikdə, Zulhüleyfə deyilən yerdə elə torpağa basdırılacaq ki, onların üstdə olanları, altdakıları, altda olanları üstdəkiləri qiyamətə qədər görə bilməyəcəklər.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 21)
...Şamdan başqa bir ordu da ona qarşı göndəriləcək amma bu ordu çöllərdə yerə batacaq.
(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 22)
Çıxış əlamətlərindən biri də, daha əvvəl qeyd edildiyi kimi, səhrada bir ordunun yerə batmasıdır.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 37)
İşıqlı bir gecədə səhrada hərəkət edən bir ordunu görən bir çoban, "Əfsuslar olsun, Məkkəyə təəssüf olacaq, vay başlarına gələnə" deyərkən ordunun bir anda yox olduğunu görəcək."sübhanallah" deyəcək, "Necə də qısa bir zamanda itdilər?" Aşağıya enib baxdığında isə, yarısı yerin içində yarısı da yerin xaricində qalmış bir yorğan görəcək, onu çıxartmağa çalışacaq, heç cür çıxara bilməyəcək, gördüyü ordunun torpağa batdığını anlayacaq ...
(əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39)