Hz. Mehdinin bayrağı

Hz. Mehdinin bayrağı, Peyğəmbərimizin (s.ə.v) bayrağıdır:
Peyğəmbərin (s.ə.v) bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlıdır, tikişsizdir və qara rəngdədir. Onda bir hicr (qadağan edilmiş bir şey) olar. O (həmin qadağan edilmiş şey) Resullahın (s.ə.v) vəfatından bəri açılmamışdır, yalnız Mehdi çıxanda açılacaq.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, S. 22)

Hz. Mehdinin bayrağının xüsusiyyətləri digər hədislərdə bu şəkildə ifadə edilmişdir:
Bu şübhəsiz ki, axır zamanda məğrib məmləkətinin ən uzaq mövqeyindən Mehdi deyilən bir şəxs çıxacaq və önündə, qırx mil məsafə olaraq qabaqda kömək gedəcək. Mehdinin bayraqları ağ və sarıdır. İçində xəttlər var. Bayraqlarında Allahın adları yazılmışdır. Onun bayrağı altında olan heç bir birlik məğlub edilməz…
(İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti'l-Kurtubi), s. 438)

Hz. Mehdinin bayrağında "Beyət Allah üçündür" yazılıdır.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 65)

Hədislərdə Hz. Mehdinin bayrağıyla birlikdə fəth edəcəyi şəhərə də diqqət çəkilmişdir. Bayrağını, Konstantiniyya, yəni İstanbula taxacağı bildirilmişdir:

Mehdi Konstantiniyyanın fəthi əsnasında səhər namazı üçün dəstəmaz alrkən bir bayraq taxacaq, dəniz ikiyə ayrılaraq su özbaşına uzaqlaşacaq və açılan yolu təqib edən Hz. Mehdi qarşı sahilə keçəcək.
(Kıyamet Alametleri, s. 181)
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 57)