Böyük hadisələrin və heyrət verici şeylərin meydana gəlməsi

Onun zamanında böyük hadisələr baş verəcək.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.27)

Onun zamanında bir çox heyrətləndirici hallar zühur edəcək.
(Mektubat-ı Rabbani, 2/258)

Onun mebdeleri və müqəddimələri (çıxış əlamətləri) Rəsulullah Əfəndimizin irhasatına (çıxış əlamətlərinə)* bənzəyər.
(Mektubat-ı Rabbani, 2/258)

* İrhasat: Hz. Məhəmmədin (s.ə.v) peyğəmbərliyindən əvvəl meydana gələn qeyri-adi (fövqəladə) hallardır ki, bunlar peyğəmbərliyinə dəlil olan hadisələrdəndir, yəni çıxış əlamətləridir.

Hz. Məhəmmədin (s.ə.v) doğumundan əvvəl böyük və qeyri-adi hadisələr baş vermişdir. Doğulduğu gecə yeni bir ulduz çıxmış, eyni zamanda bu ulduz çıxanda atəşə tapınan İran Padşahlarının sarayının 14 bürcü yıxılmış, İranda 1000 ildir yanmaqda olan Atəşpərəst atəşi sönmüş, Səmavi Vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu.
Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, Hz. Mehdinin ortaya çıxışı da, Peyğəmbər Əfəndimizinkinə bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq.
Rəvayətlərə görə Hz. Mehdinin çıxış ili olan Hicri 1400-cü ilin (Miladi 1979) başlarında meydana gələn böyük hadisələr:
-        Kəbəyə hücum edildi və çox sayda Müsəlmanın qanı axıdıldı.
-        2500 illik İran şahlığı yıxıldı və İran Şahı Rıza Pəhləvi öldü.
-        Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20.000 adamın ölümünə səbəb oldu.
-        İki Müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir müharibə başladı.
-        Ruslar, Əfqanıstanı işğal etdi.
-        Meksika şəhəri şiddətli bir zəlzələ nəticəsində yerlə bir oldu.
-        Şimalı Kolumbiyadakı Nevada Del Ruiz adlı yanardağı 400 ildir ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçıq üzündən Armero şəhəri xəritədən silindi, 20.000 adam öldü.
-        Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.
-        Xristianlığın mərkəzi olan Roma şəhərini sular basdı.
-        1986-cı ildə, Çində tarixinin ən böyük meşə yanğını oldu.
-        Hindistanın prezidenti Gandi, Misir Dövlətinin prezidenti Ənvər Sədat və İsveçrənin baş naziri Olof Palme öldürüldü.
-        II Papa Jean Paul vuruldu.
-        1980-ci ilin əvvəllərində ilk AIDS hadisələri təsbit edildi. Bu ana qədər on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə "Çağın Vəbası" adı verildi. AIDS, 1960-cı illərdə Amerikada başlayan və hər növ cinsi əlaqənin meydana gətirdiyi "Seks İnqilabı" nı sona çatdırdı.
-        1986-cı ildə kosmos raketi Challenger, uçuşa qalxdıqdan sonra partladı.
-        26 Aprel 1986-cı ildə Ukraynadakı Çernobil Nüvə Stansiyasında indiyə kimi görünməyən ən böyük nüvə qəzası baş verdi. Bir çox Avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.
-        Ozon təbəqəsinin deşilməsi Dünya iqliminə çox mənfi təsirlər etdi.
-        Sovet İmperiyası dağıldı və Gorbaçovla birlikdə Müstəqil Dövlətlər yarandı.
-        İraqın Küveyt şəhərində baş verən qarışıqlılardan sonra Körfəz Müharibəsi başladı.
-        Ermənistandakı zəlzələdə şəhər xarabaya çevrildi. 500.000 adam evini tərk edərkən, ölülərin sayı 40.000-i aşdı.
-        1989-cu ildə Çində kommunist hissələri tanklarla şagirdlərin üstündən keçdi, Tiananmen Meydanında 2000 şagird həlak oldu.
-        Soyuq Döyüşün simvolu olan Berlin divarı inşasından tam 28 il sonra yıxıldı.
-        1990-cı ildə Kəbənin tunelindəki izdihamda 1400-dən çox hacı həyatını itirdi.
-        1991-ci ildə Bangladeşdə meydana gələn sellər nəticəsində 120.000 -dən çox adam öldü, milyonlarla adam evsiz qaldı.
-        Bosniya və Kosovadakı qırğında yüz minlərlə Müsəlman öldürüldü və yüz minlərlə insan yurdlarından çıxarıldı.
-        Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.

-        El Nino qasırğası bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.