Əfqanıstanın işğalı

Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz Allahu Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla bilən insanlar vardır. Onlar axır zaman Mehdisinin köməkçiləridirlər.
(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 59)

Talikana təəssüf oldu...
Hədisdə Əfqanıstanın Hz. Mehdi zamanında işğal ediləcəyinə işarə ola bilər. Həqiqətən də Rusların Əfqanıstanı işğal etmələri 1979-cu ilə (Hicri 1400-cü ilə), başqa ifadə ilə desək Hicri 14-cü əsrin əvvəlinə təsadüf edir. Bilindiyi kimi hədislərdə Hz. Mehdinin əsrin başlarında çıxacağı xəbər verilmişdir. Hz. Mehdiylə əlaqədar digər bir çox əlamətin də Hicri 1400 yəni Hicri 14-cü əsrin əvvəlinə təsadüf etməsi Hz. Mehdinin çıxışı haqqında əhəmiyyətli bir işarə daşıdığını göstərir.

Orada qızıl və gümüş olmayan xəzinələri vardır...

Rəvayətin bu hissəsində Əfqanıstanın maddi zənginlik qaynaqlarına diqqət çəkilə bilər. Bu gün Əfqanıstanda müxtəlif səbəblərə görə istifadə olunmamış böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri təsbit edilmişdir.