Hz. Mehdinin çıxış əlamətlərinin ardıcıllıqla meydana gəlməsi

Hz. Mehdinin çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin ard-arda, "bir təsbeh dənələri" kimi ardıcıllıqla baş verəcəyi ifadə edilmişdir. Həqiqətən də bu əlamətlər, bir-biri ardınca və Peyğəmbərimizin (s.ə.v) bildirdiyi şəkildə reallaşmaqdadır. Hədislərdə ifadə edildiyi kimi, dünyanın dörd bir tərəfində qarışıqlıq və anarxiya artır, bir-birinin ardınca fitnələr yaranır, qırğınlar və böyük fəlakətlər yaşanır, yoxsulluq və aclıq artır, insanlar böyük çətinliklər çəkirlər. Bütün bu əlamətlərin ardıcıllıqla müəyyən bir dövr müddətində reallaşması, Müsəlmanların əsrlərdir gəlişini gözlədikləri mübarək şəxsin zühurunun çox yaxınlaşdığını göstərir. (Allahualem)



Mən Əbu Abdullah Hüseyn bin Əliyə dedim ki, "Bu işin əvvəlində, yəni Mehdinin zühurunu bildirəcək əlamətlər vardırmı?" Dedi ki, "Bəli." Soruşdum ki, "Nədir onlar?" Dedi ki, "Abbasilərin(Peyğəmbərin əmisinin nəslindən, soyundan olanlar ) həlakı, Süfyanilərin ortaya çıxması, Bəydada (düzənlikdə, səhrada) batma." Mən yenə, "Bu işin uzanmasından qorxuram" dedim. Dedi ki, "Bu iş təsbeh dənələri kimi bir-birinin ardınca meydana gələr."
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 34)

Qiyamət əlamətləri bir-birini təqib edərək reallaşır. Bir boyunbağıdakı muncuqların qoparaq ardıcıl dağılması kimi.
(Ramuz-El Ehadis, 277/6; Camiü's-Sagir, 3/167)

Çox kədərli vəziyyətlər və əlim(kədərli)mənzərələr görünür. Fitnələr durmadan davam edər...
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 36)

        Bir fitnə görünər, bunu digər fitnələr də izləyər… (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 26)