Firat Çayının suyunun kəsilib dayandırılması da Hz. Mehdinin çıxış əlamətlərindəndir:
Firat Çayının dayandırılması Mehdinin çıxış əlamətlərindəndir:
(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 39)
Bu hadisənin detalları ilə əlaqədar digər hədislərdə də əhəmiyyətli məlumatlar verilmişdir hansı ki, Keban Anbarının tikilməsiylə çayın suyu dayandırılmışdır.
Firat (çayının suyu çəkilərək) qiymətli qızıl xəzinəsinin üzə çıxması zamanı yaxınlaşır. Hər kim o zaman orada olsa, oradan bir şey götürməyə çalışmasın!. (Çünki, qoca dünyanın ömrü sona çatmış olacaq.)
(Sahih-i Buhari, 12/305)
Rəsulullah: "Firat çayı qızıl bir dağ üzərindən üzə çıxmadıqca qiyamət qopmayacaq. Insanlar onun üçün döyüşəcək, müharibə edəcək və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər biri "kaş ki mən xilas olsaydım" deyəcək."
(Sahih-i Müslim 11/320)
Rəsulullah (s.ə.v.): "Firatın qızıl bir dağın üzə çıxartması yaxındır. İndi orada kim olsa, ondan bir şey almasın!" deyə buyurdu.
(Sahih-i Müslim 11/320)
Rəsulullah (s.ə.v.) belə buyurdu: “Yaxında Firat Çayı qızıl xəzinəsini ortaya çıxaracaq, kim orada olsa ondan bir şey götürməsin.”
(Sünen-i Ebu Davud, 5/116)
(Rəsulullah:) "Firat Çayı bir qızıl dağını ortaya çıxaracaq" dedi.
(Sünen-i Ebu Davud, 5/116)
"Firat çayının suyu çəkilərək qızıl xəzinəsinin üzə çıxması zamanı yaxınlaşır. Hər kim, o zaman orada olsa o xəzinədən bir şey götürməsin. Əks halda ya ölər və ya öldürər."
(Hədisi Buxari və Müslim rəvayət etmişlər/Riyazü's Salehin, 3/332)
Görüldüyü kimi Hz. Mehdinin çıxışının əhəmiyyətli bir əlaməti olan Firat Çayının sununun dayandırılması və qızıl dəyərində bir xəzinənin ortaya çıxması bir çox böyük hədis kitabında qeyd edilmişdir. İndi hədislərdə keçən əhəmiyyətli ifadələri araşdıraq:
Rəsulullah (s.ə.v.) buyurdu ki, (1) Firat çayının suyu çəkilib, (2) altından bir dağ meydana çıxmadıqca qiyamət qopmaz (3) Bu xəzinə üstündə kital (döyüş, müharibə) olacaq, hər yüz adamdan doxsan doqquzu öləcək. Qətldə iştirak edənlərdən hər kəs “kaş ki xilas olardım” deyə ümid edərlər.
(Hadisi Buhari ve Müslim rivayet etmişlerdir/Riyazü's Salihin, 3/332)
(1) Firat çayının suyunun çəkilib...
Suyuti həzrətlərinin kitabında bu hədis "suyun dayandırılması” olaraq yazılmışdır. Həqiqətən də, Keban Anbarı, Firat Çayının Suyunun qabağını kəsmişdir.
(2) .. altından bir dağ meydana çıxmadıqca.
..Düzəldilən anbar sayəsində elektrikin çıxarılması, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artması və çatdırılmanın asanlaşdırılmasının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar "qızıl" kimi qiymətli hala gələ bilər.
Bu qismin ikinci bir şərhi budur:
Yuxarıdakı sxem şəklində də, göründüyü kimi anbar, betondan nəhəng bir dağı xatırladır. Bu anbardan (hədisi şərifdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülür. Bu səbəbdən anbar "qızıl bir dağ" xüsusiyyətini daşıyır. (Allahualəm)
(3) .. Bu xəzinə üzərində kital - Bir çox adamın Ölümünə səbəb olan döyüş hadisəsi mənasını verir .Bölgədə hələ də davam edən məşhur anarxiya və kıtal (müharibə) səbəbi ilə olan şərhi isə - oradan torpaq sahəsi alanlar, o bölgədəki anarxiyanın zərərinə uğraya bilərlər. Hədisdəki ifadəyə görə ya ölər ya da öldürülər.