Fitnə sözü, insanların din mövzusundakı imtahanlarının şiddətləndiyi hadisələri, mühit və şərtləri təsvir edir. İnsanların həyat şərtlərinin çətinləşdiyi, Allahın və dinin müxtəlif şəkillərdə yalanlanaraq insanların imanlarının zəiflətməyə, yox etməyə təşəbbüs göstərilməsi, şiddətli imtahan mühitləri, İslami qaynaqlarda fitnə mühiti olaraq təyin olunur.
Aşağıdakı hədis də Hz. Mehdinin çıxışından əvvəl möminlərin imanlarının zəifləyəcəyini və buna səbəb olacaq hadisələri xəbər verir:
Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, "əmri bil maruf və nəhyi anıl münkər" (yaxşılığı nəsihət edib pislikdən çəkindirmək) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman Cənabı Haqq, mənim övladlarımdan Mehdi vəsiləsiylə sünnələri canlandıracaq. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlanar, Acəmilər (Ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və məhəbbət doğar.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 66)
Əgər qısaca ifadə etsək, Hz. Mehdinin çıxışını bu hadisələr bildirəcəkdir:
1- Ölüm: Anarxiya və böyük qırğınlar nəticəsində xalqın təhlükəsizliyinin qalmaması və bunun meydana gətirdiyi çətinliklər.
2- Aclıq: Həyatı bahasına meydana gələn dolanışıq çətinliyi. Fəlakətlər və təbii hadisələr nəticəsində qıtlığın, aclığın artması.
3- Fitnələr: Haramların böyüklü-kiçikli hər kəsin arasında, ola bildikcə yayılması və günahlara təşviq edilməsi. Hər cür əxlaqsızlığın hər kəsin gözləri qarşısında edilməsi.
4- Bidətlərin ortaya çıxması: Dinin əslində olmayan, sonradan əlavə olunan adətlərin dinin əsaslarıymış kimi qəbul edilməsi.
5- Dini izah etmə imkanlarının itməsi: Yaxşılığın əmr edilməsi və pisliyin qadağan edilməsinə maneə törədilməsi, qısacası təbliğ imkanının itməsi ilə meydana gələn boşluq.
Fitnə mühitləri möhkəm imana sahib möminlər üçün imanlarının, səbirlərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olarkən, zəif və səthi imana sahib olan kəslərin isə imanlarını itirmələrinə ya da daha da zəifləmələrinə gətirib çıxaracaq. Məhz, Hz. Mehdi bu cür bir fitnə mühitinin ən çox və ən şiddətli yaşandığı bir dövrdə ortaya çıxacaq.
Digər bir hədisdə də axır zamanda "qərbdə" qarışıqlıq, fitnə və qorxu hallarının baş verəcəyi xəbər verilmişdir:
Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı ola bildikcə yayılacaq. Fitnələr çoxalacaq.
(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, s. 440)
Bir başqa hədisdə də Hz. Mehdinin hər yeri böyük bir fitnənin bürüdüyü dövrdə çıxacağı bildirilmişdir:
Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin (çağrıçının) səmadan səslənərək "Ey insanlar, əmriniz artıq Mehdidir" deməsinə qədər davam edəcək.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
Hədisdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, dinə və Allaha qarşı ortaya çıxan bir fitnə insanların imanlarını hədəfləyəcək. İndiki vaxtda, Allahın varlığına və yaratmasına qarşı qoyulan ən böyük və geniş həcmli fitnə materialist fəlsəfəsinin axınıdır. Bu fəlsəfənin özünə dayaq götürdüyü elmi təməli isə "təkamül nəzəriyyəsi"dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmayan, tamamilə ağıldan, elmdən uzaq olduğu halda, güclü təbliğat, aldatmaca və göz bağlama üsullarıyla bu boş fikir, dünya səviyyəsində müəyyən materialistlər tərəfindən böyük kütlələrə təlqin edilir.
Bu gün təkamül nəzəriyyəsinin istər mətbuat, istərsə də televiziya yoluyla az qala girmədiyi bir ev qalmasın və bu nəzəriyyəni eşitməyən bir kəs də olmasın. Bu vəziyyət, bütün Qərb dünyası üçün etibarlı olduğu kimi bəzi Müsəlman ölkələr üçün də etibarlıdır. Beləliklə dərs kitablarına belə soxulmuş olan bu nəzəriyyə, qarşıya qoyduğu saysız yalanları ilə hələ uşaq yaşlardan etibarən təbliğ edilməkdə, təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi gülünc, boş sözlərlə insanları aldatmaqdadırlar. İbtidai məktəblərdən universitetlərə qədər gənclərin təkamülçü yalanları ilə beyinləri doldurulur.
Üstəlik, Peyğəmbərimizin (s.ə.v) hədisində ifadə etdiyi kimi hər yerə nüfuz edəcək və sürətlə yayılacaq belə bir fitnə ancaq günümüzün texnoloji imkanlarıyla (mətbuat, nəşr, internet, peyk və s...) reallaşa bilər. Həqiqətən də bu günə qədər Allahın varlığına, yaradılışa və dinə qarşı döyüş açmış, dünya səviyyəsində məşhur olan başqa bir fitnə hələ görünməmişdir. Bütün bunlar Hz. Mehdinin zühur edəcəyi zamanda, yəni hal-hazırda yaşadığımız dövrə uyğun gəldiyinə aid əhəmiyyətli işarələrdir. Hədisdə əlavə olaraq Hz. Mehdinin gəlməsiylə bu fitnənin sona çatacağı da ifadə edilmişdir.