Hz. Mehdinin fiziki xüsusiyyətləri

(Görünüşü)

Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdinin əxlaqı və mübarizəsi ilə yanaşı, fiziki xüsusiyyətlərini də çox detallı şəkildə təsvir etmişdir. Peyğəmbərimiz (s.ə.v)-ın Hz. Mehdi haqqındakı təsvirləri o qədər detallı və aydın şəkildədir ki, Hz. Mehdi ortaya çıxdıqda onu görənlər bu təsvirlərdən dərhal onu tanıyacaqlar.
Bir ayədə, Kitab Əhlinin Peyğəmbərimiz (s.ə.v)-ı "uşaqlarını tanıdıqları kimi" tanıyacaqlarını bildirilmişdir:
Özlərinə kitab verdiklərimiz, onu (peyğəmbəri), uşaqlarını tanıdıqları kimi tanıyarlar. Buna baxmayaraq onıardan bir qismi həqiqəti bildikləri halda  gizləyərlər. (Bəqərə surəsi, 146)
Bu ayə, Hz. Mehdinin tanınmasına işarə edir. Hz. Mehdi də ortaya çıxdıqda, Peyğəmbərimiz (s.ə.v)-ın təsvirləri işığında, insanlar onu uşaqlarını tanıdıqları kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq bəzi insanlar, bu mübarək şəxsi tanımamazlıqdan gələcək və onu inkar edəcəklər.

 

GÖZƏL VƏ NURLUDUR

O (Mehdi) gözəl bir igiddir, gözəl üzlüdür. Üzünün nuru başına və saçlarının qarasına qədər ucalar.
(Mehdilik ve İmamiye, s. 153 /İkdüd Dürer'den)

Üzü parlayan ulduz kimi nurludur.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 33/Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Ahir Zaman, s. 22)

... Üzü səmada parlayan ulduz kimidir.
(Deylemi, c. IV, s. 221, İbnu'l Cevzi, II cild, s. 558; Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)

O (Mehdi), orta boylu və gözəl üzlü bir gəncdir... Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimidüşər, parlayar və ona ucalıq verər.
(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

Mehdi mənim övladlarımdandır. Onun üzü parlaq ulduz kimidir.
(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Gözəl üzü var. Üzünün nurları ona əzəmət verər.
(Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Fevaidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")

... Üzündə parlaq ulduz kimi bir rəng vardır...
(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 12)

Allah, Hz. Yusufun gözəlliyini bu şəkildə xəbər vermişdir:
... “Onların qarşısına çıx!”– dedi. (Qadınlar) (Yusufu) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”... (Yusuf surəsi, 31)

 

QARA SAÇLIDIR

Üzünün nuru başına və saçlarının qarasına qədər yüksələr.
(Mehdilik ve İmamiye, s. 153/İkdüd Dürer'den)

Qara saçlıdır. Qara saqqallıdır.
(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər.
(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

 

ÜZÜNDƏ XAL OLACAQ

Mehdi gur saqqallı, ön dişləri parlaq, üzü xallı, açıq alınlıdır.
(Mer'iy b. Yusuf b. Ebu Bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Üzündə bir xal olacaq
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s.41)

 

ÇİYİNİNDƏ PEYĞƏMBƏR (S.Ə.V)-ın ƏLAMƏTİ VARDIR

Mehdinin çiynində Peyğəmbərimiz (s.ə.v)-dəki kimi əlamət (nişan, xal) olacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)

Çiynində Peyğəmbər (s.ə.v)-ın əlaməti vardır.
(Kıyamet Alametleri, Berzenci, s. 165; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23)

Çiynində Peyğəmbər (s.ə.v)-ın nişanı vardır.
(Kıyamet Alametleri, Berzenci, s. 163)

Hədisi şəriflərdən aydın olduğu kimi, Hz. Mehdinin iki çiyni arasında Hz. Məhəmməd (s.ə.v) də olduğu kimi açıq bir işarə, "Peyğəmbərimiz (s.ə.v)-ın əlaməti" olacaq. Peyğəmbərimiz (s.ə.v)-ın əlaməti, İslam qaynaqlarında belə bildirilir:

“Əbu Saib b. Yeziddən belə rəvayət edilmişdir: "Gözüm Peyğəmbərimiz (s.ə.v)-ın iki çiyni arasındakı möhürə sataşdı."
(Sünen-i Tirmizi, 6/126)

 

RƏNGİ

Hz. Mehdinin rəngi ərəbidir…
(İbn Hacer El Mekki; "El-Kavlü'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar", s. 15-75)

Qeyd: Ərəb millətinin dəri rəngi qırmızıyla qarışıq ağdır.

Hz. Peyğəmbər (s.ə.v)-ın dəri rəngi də qırmızıya çalan ağ rəng idi. Lakin, bədəninin görünən hissələri günəşin, küləyin təsirindən əsmərə çalırdı. Rəvayətlərdən Hz. Mehdinin də Peyğəmbərimiz (s.ə.v)-ilə eyni rəngdə olacağı aydın olur. Bir rəvayətdə Rəsulullah (s.ə.v)-ın dəri rəngi belə təsvir edilmişdir:

Ənəs b. Malik, Peyğəmbər (s.ə.v)-ın rəngi haqqında belə dedi: Ağ idi. Lakin ağı əsmərə çalırdı.
(İbni Kesir, Şemail'ür- Resul, s. 28)

Əsmər, yəni dümağ deyil az qırmızılığı olan rəngi bildirir. Çünki Rəsulu Əkrəm Həzrətlərinin rəngi hamamdan hələ yeni çıxmış və özünə qırmızılıq gəlmiş olan ağ adamın o andakı rəngi kimidir. Yəni, Rəsulu Əkrəm Həzrətlərinin mübarək rəngi, qırmızı ilə qarışıq nurani ağ idi.
(İbni Kesir, Şemail'ür- Resul, s. 28)

 

ÜMUMİ GÖRÜNÜŞÜ

Hz. Mehdinin boy-buxunu İzrailli kişilərə bənzəyər
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 36-29)

Bədəni İsraillilərin bədəni kimidir.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)

Mehdi sanki İzraillidir. (Rəftarı onlara bənzəyər yəni zəhmli və ağıllıdır)
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23-30)

O … heybətli (zəhmli) bir şəxsdir.
(İkdüd dürer)

Hz. Mehdinin bədəni İsraillilərinki kimidir. Hz. Mehdi, sanki İzrail oğullarından bir kişidir (zadəganlara, dövlət adamlarına bənzəyər).
(İbn Hacer El Mekki)

(Xarici görünüşü) sanki İsrail oğullarından bir insana bənzəyir.
(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

Sanki o, İsrail oğullarından biridir.
(Nuaym b. Hammad, vr. 52a; Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

 

BOYU

Mehdi, orta boylu olacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)

Mehdinin adı Məhəmməd b. Abdullahdır. O, orta boyludur...
(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 11)

Peyğəmbərimiz (s.ə.v)-ın da eyni boyda olduğunu rəvayətlərdən öyrənirik:
Ənəs B. Malik rəvayətlərdə belə buyurur: Rəsulullah (s.ə.v) orta boylu idi. Bilindiyi kimi hədisdə keçən "Rəbə" sözü normal və orta boylu mənasına gəlir. Lakin normal boy üçün uzun olan şəxsə görə bir sərhəd vardır. Çünki boyun sahibi öz qarışı ilə yeddi qarış qədər olan boya sahibdirsə o normal boylu sayılır.
(Tirmizi, Şemail-i Şerif, s. 15)

 

GENİŞ BƏDƏNLİ OLACAQ

Hədislərdə Hz. Mehdinin qarnının, sinəsinin, alnının, qıç aralığının (addımlarının) ... geniş olduğu bildirilmişdir. Alnının geniş olmasıyla mütənasib olaraq başı da böyük olacaq. Bütün bu təsvirlərdən Hz. Mehdinin bədəninin bütünlüklə geniş yəni enli olduğu aydın olur.

İri gövdəli...
(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

O, alnı açıq… qarnı böyük, qıç aralığı geniş…
(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 13)

İki qıç arası geniş...
(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Hz. Mehdi, Hz. Həsənin soyundandır. Qıçları aralıdır.
(Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, s. 22)

... Onun... alnı genişdir. Yer üzünü ədalətlə dolduracaq və malı bol bir şəkildə paylayacaq.
(Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, s. 22)

 

ALNININ AÇIQ VƏ GENİŞ OLMASI

Hz. Mehdinin alnının açıq və geniş olmasına mütənasib olaraq başının da böyük olacağı hədislərdən aydın olur.

Mehdi məndəndir... Açıq alınlıdır.
(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)
Mehdi bizdəndir, alnı açıq...
(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)

Alahu Təala, mənim nəslimdən alnı açıq, yer üzünü ədalətlə dolduraraq malı və əşyanı insanlara bol-bol ehsan edən bir övladımı göndərəcək.
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 23)

O, açıq alınlıdır.
(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

Şübhəsiz ki, Allah, mənim nəslimdən alnı açıq (olan) bir şəxs göndərəcək.
(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 11)

 

QARINININ GENİŞ OLMASI

O, alnı açıq... qarnı geniş, iki qıç aralığı enli (geniş)...
(Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 13)

 

BALDIRLARI UZUNDUR

Baldırları uzundur, rəngi Ərəb rəngidir.
(Kıyamet Alametleri, Berzenci, s. 162-163)

 

YERİŞİ

Bir xüsusiyyəti də gedərkən addımlarının açıq və bir-birindən uzaq atmasıdır.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 32)

 

YAŞI

Hz. Mehdinin hədislərdə ifadə edilən yaşı, onun vəzifəyə başlayacağı, insanların onu tanıyacaqları və fəaliyyətini görüb izləyəcəkləri yaşlardır.

 30- 40 yaşlarında ikən göndəriləcək... Mehdi mənim övladlarımdandır, 40 yaşlarındadır.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)

40 yaşındadır. Digər bir rəvayətə görə 30-40 yaşlarındadır.
(Kıyamet Alametleri, Berzenci, s. 16)

Mehdi mənim nəslimdəndir. O 40 yaşındadır. Üzü sanki parlaq bir ulduzdur...
(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)

 

SAQQALI

Saqqalı bol və sıx olacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)

Saqqalı sıxdır.
(Kıyamet Alametleri, Berzenci, s. 163)

 

BURNU GÖZƏLDİR

Onun alnı geniş, burnu isə incə olacaq.
(Tırmizi, Büyük Hadis Külliyatı, Rudani 5.Cilt, s. 365)

O, açıq alınlı, kiçik burunlu…
(Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)

O açıq alınlı və incə burunludur.
(Ahmed, b. Hanbel II-291, III-17) (Süneni Ebu Davud Terceme ve şerhi 14-cü cild, Şail Yayıncılık, K. el-Mehdi (35), s. 404)

 

QAŞLARI VƏ GÖZLƏRİ

O, açıq alınlı, kiçik burunlu, iri gözlü....
(Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Naim Erdoğan, s. 163)

Qaşı qövslüdür (yaya bənzəyər).
(Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)

Hz. Mehdinin qaşlarının araları açıq (geniş)...
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)

Hədisdə Hz. Mehdinin qaşlarının aralı olmasıyla, gözü və qaşı arasında məsafənin də geniş olduğu aydın olur.

 

DİŞLƏRİNİN GÖZƏLLİYİ VƏ PARLAQLIĞI

Dişləri parlaq olacaq.
(Nuaym b. Hammad, vr. 52a; El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)

Mehdi, gur saqqallı, ön dişləri parlaq...
(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)