Ramazan ayında Ay və Günəş tutulmaları

Mehdi üçün 2 əlamət vardır ki, bunun birincisi, Ramazanın birinci gecəsi Ayın tutulması, ikincisi də ortasında Günəşin tutulmasıdır.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 49)

Ramazanın birinci gecəsi Ay, ortasında isə Günəş tutulacaq.
(Kıyamet Alametleri, Berzenci s. 199)

Onun səltənəti zamanında, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın əvvəlində isə Ay tutulacq...(Mektubat-ı Rabbani, 2/1163)

... Günəşin oruc (Ramazan) ayının ortasında, Ayın isə sonunda tutulması...
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 38)

Ramazanda iki dəfə Ay tutulması olacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)

Mehdinin gəlişi Razaman ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq.
(Kıyamet Alametleri, s. 200)

Mehdinin çıxmasından əvvəl bir Ramazan içində Günəş iki dəfə tutulacaq.
(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, Şarani, s. 440)

Yuxarıdakı rəvayətlərdə diqqəti çəkən ən əhəmiyyətli məqam Ramazan ayının ortasında həm Günəş tutulmasının, həm də bir ayın içində "Ay" ın və "Günəş" in iki dəfə tutulmasının qeyri-mümkün olmasıdır. Bu, normal şərtlərdə reallaşmayacaq bir vəziyyətdir. Halbuki digər axır zaman əlamətlərinin çoxu insanın anlaya biləcəyi, səbəblər dairəsində reallaşması mümkün ola biləcək hadisələrdir.
Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqliliklər olduğu nəzərə çarpar. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ay, Ramazanın birinci günü, 4-cü rəvayətdə isə Ramazanın sonuncu günü tutulacaq. Belə bir vəziyyətdə ediləcək ən doğru şey, eyni hadisəyə aid fərqli rəvayətlərin ittifaq etdikləri ortaq istiqamətləri təsbit etmək olacaq. Buna görə, yuxarıdakı hədis rəvayətlərinin cəmindən çıxan ortaq nəticələr bunlardır:
1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.
2. Bu tutulmalar 14-15 gün arayla olacaq.
3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.
Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (Hicri 1401) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə, ikinci dəfə 1982-ci ildə (Hicri 1402) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.
Ayrıca, bu hadisədə "Ay"ın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulması da diqqətləri çəkəcək bir əlamət olaraq meydana çıxması son dərəcə mənalıdır.
Bu hadisələrin Hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni dövrdə meydana gəlməsi və Hicri 14-cü əsrin əvvəlində, dalbadal iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyinə dair fikirlərimizi daha da qüvvətləndirir.