Haramların halal sayılması

İndiki dövrdə fahişəlik, qumar, içki, faiz, rüşvət kimi bir çox hərəkətlər haram olmalarına baxmayaraq xalqın böyük bir əksəriyyəti tərəfindən işlədilir və bu hal getdikcə də artmaqdadır. Üstəlik bu haramları işləyənlər təriflənir və təşviq edilir, bu haramlardan uzaq olanlar isə tənqid edilir və alçaldılmaqdadırlar. Aparılan statistikalar isə bu mövzudakı sayların getdikcə artdığını göstərir. Son on il ərzində həddindən artıq məşhurlaşan, sərhəd tanımayan, halalı, haramı əhəmiyyətsiz hesab edən, hər cür azğınlığı mübah sayan (günah hesab etməyən) həyat tərzi hədislərdə təsvir edilən mühiti çox açıq bir şəkildə əks etdirir. Hz. Mehdinin çıxış xəbərçisi olan bu qaranlıq mühit hədislərdə belə təsvir edilir:

Bir fitnə görünər, bunu digər fitnələr izləyər və birincilər sonuncuların qılıncla döyüşə geri dönmələrini qamçılayar və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr. Sonra da xəlifəlik, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturmuş ikən gələcəkdir.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 26)

Küfr hər tərəfi zəbt edib, hökmünü cəmiyyət içində aşkara çıxartmadıqca Mehdi zühur etməz. Həmin vaxtda baş verənlər isə… küfrün zəbtidir. Onun gücü-qüvvətidir.
(Məktubatı Rəbbani, 2-259)

Hz. Mehdi, bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)

 

10) Allahın Açıq ,əkildə İnkar edilməsi (Allahı tənzih edərik)

Hər kəsin gözü qabağında və açıq-aşkar Allahu Təala inkar edilənə qədər Hz. Mehdi (a. r.) gəlməz.
(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 27)

Bu hədisdə Hz. Mehdinin çıxışından əvvəl insanların böyük bir hissəsinin inancsız və ya ateist olacaqlarını, eyni zamanda inkarlarını mətbuat yoluyla hər kəsə göstərərək, açıqca elan edəcəklərinə işarə edilir. İndiki dövrdə bu vəziyyət o qədər açıq hala gəlmişdir ki, Allahı inkar edənlər "müasirlik" adı altında etibar edilir və xalq bu istiqamətdə təşviq edilməkdədir.