Hz. Mehdinin adı və digər xüsusiyyətləri

Ey insanlar, şübhəsiz Allahu Təala sizə zalımları, münafiqləri və onlara tabe olanları (başçı olaraq qəbul etməyi) qadağan etmiş və sizə Məhəmməd ümmətinin ən xeyirlisi olan və Məkkədə olan, ADI ƏHMƏD, atasının adı Abdullah olan Hz. Mehdini başçı etmişdir. Ona qatılın.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 31)

Mövzuyla əlaqədar işari mənada belə bir ayə var:

... məndən sonra gələcək Əhməd adlı elçisini müjdələyən bir elçisiyəm!...” (Saff Surəsi, 6)

 

HZ. MEHDİNİN ÇIXIŞINI SƏMADAN BİR SƏSİN (RADİO, TELEVİZİYA KANALIYLA) XƏBƏR VERMƏSİ

... Və bu vəziyyət bir münadinin (nida edənin) səmadan səslənərək "Ey insanlar, əmriniz artıq Mehdidir." deməsinə qədər davam edəcək.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)

Səmadan bir münadi (səslənən bir kəs) "Haqq Ali Məhəmməddədir." şəklində səsləndiyi zaman Mehdi zühur edər...
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33)

Siz üç və ya yeddi gün, şərqdən bir alovlu atəşi gördüyünüz zaman Ali Məhəmmədin çıxmasını gözləyin, inşaAllah, bir münadi Mehdinin adı ilə səmadan səslənəcək, hansı ki, şərqdə qərbdə olan hər kəs bu səsi eşidəcək.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)

Səmadan bir münadi "Haqq Ali Məhəmməddədir, yerdən də bir münadi "Haqq Ali İsanın və ya Abbasındır" deyəcək.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 33)

Günahsız insanlar qətl edildiyi və qardaşı da Məkkədə öldürüldüyü zaman səmadan bir münadi, "Əmriniz filankəsdir. Məhz  yer üzünü ədalətlə dolduracaq olan Mehdidir" deyə səslənəcək.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Çox böyük və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq və bu fitnə səmadan 3 dəfə "Əmr Mehdidir, həqiqət odur" şəklindəki səslənənə kimi davam edəcək.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 55)

Hədislərdə Hz. Mehdinin çıxışını səmadan gələn bir səsin xəbər verəcəyinə, yəni radio və televiziya kanalıyla bütün insanların bu müjdəli xəbəri eşidəcəyinə diqqət çəkilmişdir. Bu səsin şərqdə və qərbdə olan hər kəsə çatacağı bildirilmişdir. Hətta, hər cəmiyyətin bu səsi öz dilində eşidəcəyi də xəbər verilmişdir:

Səmadan ərz əhlinə şamil olan bir səs (eşidiləcək), hər kəs onu öz dilində ilə eşidər.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)

İndiki vaxtda xəbərlər hər ölkədə, o ölkənin öz dilinə tərcümə edilərək, radio, televiziya və internet vasitəsilə dərhal çatdırılır. Hz. Mehdinin ortaya çıxışı da bu şəkildə bütün insanlara çatacaq.

 

HZ. MEHDİ İSLAM ƏXLAQINI ELMİ İŞLƏRLƏ HAKİM EDƏCƏK

Hədislərdə bildirildiyi kimi Hz. Mehdi dövründə heç kimin burnu qanamayacaq, heç kim zərər çəkməyəcək, hətta yatan adam belə yuxudan oyandırılmayacaq. Bu da Hz. Mehdinin fikri (elmi) bir mübarizə aparacağını göstərir. Hz. Mehdi, fikirlə din əxlaqına uyğun olmayan axın və sistemləri susduracaq, etdiyi elmi işlərlə İslam əxlaqını hakim edəcək.
Zamanında nə bir kəs yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq.
(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

Mehdi... çox sükunət içində hərəkət edəcəkdir.
(Kıyamet Alametleri, s. 173)

Mehdi, Peyğəmbərin (s.ə.v) yolu ilə gedəcək, yatan adamı oyandırmayacaq, qan da axıtmayacaq.
(Kıyamet Alametleri, s. 163)

 

HZ. MEHDİ, ƏSL İSLAM ƏXLAQINI ORTAYA ÇIXARACAQ

Hədislərdə bildirildiyinə görə Hz. Mehdi ortaya çıxdığında, İslam dininə sonradan daxil edilmiş bütün batil inanc və tətbiqləri ortadan qaldıracaq. "... insanlar arasında Peyğəmbərin (s.ə.v) sünnəsini dəqiqliyi ilə yerinə yetirəcək" rəvayətində bildirildiyi kimi, Peyğəmbər Əfəndimizin (s.ə.v) yoluna tabe olacaq və eynilə onun dövründəki kimi din əxlaqının haqq (düzgün) halıyla yaşanmasına vəsilə olacaq.

... Dini Peyğəmbərin (s.ə.v) zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq.
(Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s.186-187)

Hz. Mehdi heç bir bidəti ortada bıraxmaycak.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)

Mehdinin ortadan qaldırmayacağı bidət qalmayacaq. Axır zamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcək."
(Kıyamet Alametleri, s. 163)

Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə tətbiq etdisə, Hz .Mehdi də ən sonunda eyni şəkildə İslamı yaşadacaq, tətbiq edəcək.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)

Bidət: Dinin əslində olmadığı halda, dinə daxil edilən adətlərdir.

 

HZ. MEHDİNİN, İSTANBULU MƏNƏVİ CƏHƏTDƏN FƏTH ETMƏSİ

Allah Konstantiniyyanı (İstanbulu) çox sevdiyi dostlarının əliylə fəth edəcək... Onların xəstəliyini və kədərini ortadan qaldıracaq.
(Kıyamet Alametleri, s. 181)

Bütün diyarlar onun əmri altına girər. Allahu Təala onun üçün Konstantiniyyanın fəthini (müyəssər) asanlaşdıracaq.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 56)

…Müxtəlif ölkələrdən bir çox alim, bir-birlərindən xəbərsiz halda Mehdini axtarmaq üçün yola çıxacaqlar və hər birinə 310 qədər insan müşaiyət edəcək. Sonunda hamısı Məkkədə görüşərlər və bir-birlərinə bura nə üçün gəldiklərini soruşduqlarında hamısı: "Bu fitnələrin qarşısını alacaq və Konstantiniyyanı fəth edəcək olan Mehdini axtarırıq, çünki biz onun atasının, anasının və ordusunun adlarını öyrəndik"-deyə cavab verərlər.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 40)

Mehdi, Konstantiniyyanı və Deyləm adlı Dağı fəth edəcək.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)

Dünyadan yalnız tək bir gün qalsa belə o gündə mənim soyumdan bir şəxsin Deyləm adlı Dağına (yaxud əyalətinə) və Konstantiniyyə şəhərinə sahib olması üçün Allah şübhəsiz o günü uzadacaq.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 74)

 

HZ. MEHDİ XƏLİFƏLİYİN OLMADIĞI BİR DÖVRDƏ ÇIXACAQ

 

Dünyada adı keçəcək bir xəlifə qalmayana kimi hz. Mehdi çıxmayacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 54)

Onun çıxacağı il insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər.
(Kıyamet Alametleri, s. 168)

İnsanlar başlarında bir imam (başçı) olmadan həcc edərlər (həccə gedərlər)...
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

 

HZ. MEHDİNİN ƏMƏLİNDƏ AYIB VƏ ZÜLMÜN OLMAMASI

Mən Mehdini, peyğəmbərlərin səhifələrində (kitablarında) belə görürəm: "Mehdinin əməlində nə zülm nə də ayıb vardır."
(Nuaym b. Hammad, vr. 50b; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 21)

 

HZ. MEHDİNİN ZÜLQƏRNEYN VƏ HZ. SÜLEYMAN KİMİ BÜTÜN DÜNYAYA HAKİM OLMASI

Quranda Zülqərneyn və Hz. Süleymanın İslam əxlaqını bütün dünyaya hakim etdikləri bildirilmişdir. Hədislərdə də, Hz. Mehdinin eynilə Zülqərneyn və Hz. Süleyman kimi İslam əxlaqını bütün yer üzünə hakim edəcəyi xəbər verilmişdir:

Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 30)

Yer üzünə dörd adam malik (hökmdar) olmuşdur. İkisi mömin, ikisi kafirdir. Möminlər, Zülqərneyn və Hz. Süleyman, kafirlər isə Nemrud və Buhtunnasırdır. Beşinci olaraq Əhli Beytimdən biri (Hz. Mehdi) gələcək və o da dünyaya hakim olacaq.
(Kitab'ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s. 10)

 

HZ. MEHDİNİN XÜSUSİYYƏTLƏRİNİN PEYĞƏMBƏRLƏRƏ ENDİRİLƏN KİTABLARDA BİLDİRİLMƏSİ

Rəvayətlərdə, Hz. Mehdinin xüsusiyyətlərinin və çıxış əlamətlərinin peyğəmbərlərə endirilən kitablarda keçdiyi bildirilmişdir. Bu da, İncil, Tövrat və Zəburda Hz. Mehdiyə dair məlumatların iştirak etdiyini bildirir.
Peyğəmbərlərə dair olan kitablarda "Mehdinin işi zülm və pislik deyil" şəklində işarə edilmişdir.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

Mən Mehdini, peyğəmbərlərin səhifələrində (kitablarında) belə gördüm: Mehdinin əməlində nə zülm nə də ayıb vardır.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 21)

Mövzuyla əlaqədar bir ayədə bu mənaya bu şəkildə işarə edilmişdir:
And olsun, Biz zikrdən (Tövratdan) sonra Zəburda da: "ŞÜBHƏSİZ ƏRZƏ SALEH QULLARIM VARİSÇİ OLACAQ." deyə yazdıq. (Ənbiya Surəsi, 105)

İslam alimləri bu ayəni bu şəkildə təfsir edirlər:
İmam Bakır və Sadiqdən gələn rəvayətlərə görə, ayədə bildirilən "SALEH QULLAR" ifadəsi, MEHDİ VƏ YOLDAŞLARINA (TƏLƏBƏLƏRİNƏ) işarə edir.
(Hüseyin es-Şirazi, s. 113)

Köhnə və Yeni Əhddə (Tövratda, xrestianların tövrata verdikləri ad) mövzuyla yazılan bəzi şərhlər bu şəkildədir:
Yessenin gövdəsindən bir filiz (körpə yarpaq, çiçək) çıxacaq və onun köklərindən bir cücərti doğulacaq. Rəbbinin ruhu, hikməti və sağlam fikir ruhu, öyüd və cəsurluluq ruhu, elm, məlumat və Rəb qorxusu ruhu onun üzərində olacaq. O, Rəb qorxusundan zövq alacaq, gözlərinin gördüyünə görə mühakimə etməyəcək, qulaqlarının eşitdiyinə görə qərar verməyəcək. Zəifləri ədalətlə mühakimə edəcək, yer üzünün yoxsullarına haqqlarını verəcək. Bir dəyənəklə yerə vurar kimi yer üzünə də sözü ilə vuracaq və dodaqlarının nəfəsiylə pisi yox edəcək. Ədalət onun belinin qurşağı, həqiqət ombalarının qurşağı olacaq. Qurd quzuyla bir yerdə olacaq, pələng oğlaqla bir yerdə olacaq, şir buzovla, malqara ilə bir yerdə yaşayacaq. Onları kiçik bir uşaq güdəcək. İnək ayı ilə birlikdə otlayacaq, balaları bir yerdə yaşayacaq və aslan mal kimi saman yeyəcək. Körpə, əmzikli uşaq kobra ilanının yuvasının yanında oynayacaq və süddən yeni kəsilmiş uşaq quru ilanın dəliyinə əlini uzadacaq. Mənim müqəddəs dağım üzərində heç pis iş edilməyəcək, artıq heç bir zərər verilməyəcək, çünki dənizin dibi necə onu örtən sularla doludursa, yer üzü də Rəbbin elmi ilə dolu olacaq. (İşaya 11, 1-9)
Davud soyundan biri sədaqətlə krallıq edəcək. Mühakimə edərkən ədalətli olacaq, düzgün olan şeyi tez, dərhal edəcək. (İşaya 16, 5)
Döyüş səs-küyləri, döyüş xəbərləri eşidincə qorxmayın. Bunların olması vacibdir, amma bu daha son demək deyil. Xalq xalqa, dövlət dövlətə döyüş açacaq, bəzən zəlzələlər, qıtlıqlar olacaq. Bunlar, doğum sancılarının başlanğıcıdır. (Markos 13, 5-8)

 

MƏLƏKLƏRİN HZ. MEHDİYƏ KÖMƏKÇİ OLMALARI

Onun komandirləri insanların ən xeyirliləridir. Onun köməkçiləri Yəmən və Şam əhlindən olacaq. Önlərində Cəbrayıl, arxalarında Mikayıl olacaq. Yer üzü əmin-amanlıqla dolacaq və hətta bir neçə qadın yanlarında heç bir kişi olmadan rahatlıqla həccə gedəcəklər.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

Allah onu 3 min mələklə dəstəkləyəcək.
(El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s.41)

Hədisi şərifdə, Hz. Mehdinin köməkçiləri arasında Cəbrayıl və Mikayıl Əleyhissalamın olduqları xəbər verilmişdir. Hz. Mehdiyə, Allahın icazəsiylə mələklər də kömək edəcək.
Mələklərin saleh möminlərə köməkçi olmaları Quranın müxtəlif ayələrində xəbər verilmişdir. Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-i və səhabələrini də mələklərlə dəstəkləmişdir. Mövzuyla əlaqədar bəzi ayələr bu şəkildədir:

Rəbbin mələklərə vəhy etmişdi ki: "Şübhəsiz Mən sizinləyəm, iman edənləri gücləndirin..." (Ənfal Surəsi, 12)

O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?”  (Ali- İmran Surəsi, 124)

 

BƏZİ İNSANLARIN HZ. MEHDİYƏ MÜHİT HAZIRLAMALARI

Şərq tərəfindən bəzi insanlar çıxıb, Hz. Mehdinin səltənətini hazırlayacaqlar.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 21)

Şərqdən bir camaat çıxar və Hz. Mehdinin səltənətinə kömək edər.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 60)

... Sonra Qüdsə enəcəklər və Hz. Mehdi üçün səltənət hazırlayacaqlar.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

 

ƏSHABI KƏHF, HZ. MEHDİNİN KÖMƏKÇİLƏRİ OLACAQ

Əshabı Kəhf, Mehdinin köməkçiləri olacaq.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s. 59)

 

HZ. MEHDİ İŞLƏRİ ÇOX SÜRƏTLİ HƏLL EDƏCƏK

Bu vəziyyət 7 il davam edəcək. Ancaq onun hər ili, sizin 20 ilinizi əvəz edəcək.
(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 44)

Hədisdə, Hz. Mehdinin bir ilinin insanların 20 ilinə bərabər olduğu xəbər verilir. Hz. Mehdi insanların uzun illər edə bilmədikləri işləri çox qısa bir müddətdə həll edəcək. Hər mövzuya çox sürətli, ağıllı, hikmətli, qəti həll yolunu tapacaq və tətbiq edəcək.

 

HZ. MEHDİNİN BİTKİLƏRİ VƏ HEYVANLARI SEVMƏSİ

Hz. Mehdi, quru bir ağacı əkəndə də ağac dərhal yaşıllanıb yarpaqlanar.
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 43)

Mehdi bir yerə quru bir budağı əkər və budaq yarpaqlanıb yaşıllanar.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 67)

Bu hədisi şəriflərdə, Hz. Mehdinin bitkiləri sevəcəyinə və onlarla şəxsən maraqlanacağına işarə edilir, (Allahualəm). Bir başqa hədisi şərifdə isə belə bildirilir:

Hz. Mehdi uçan bir quşa işarə etdiyində, quş dərhal bu əmrlə yerə enəcək. Quru bir ağacı əkdiyində də ağac dərhal yaşıllanıb yarpaqlanacaq.
(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)

Bu hədislə də Hz. Mehdinin heyvanlarla maraqlanacağına, heyvanların da onu sevəcəyinə işarə edilir, (Allahualəm). Necə ki, bir başqa hədisdə, "yer və göy əhlinin Hz. Mehdini sevdiyi, quşların və dənizlərdəki balıqların belə ondan razı qaldıqları" bildirilir:
Onun xilafətindən yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı qalacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 31

 

HƏDİSLƏRDƏ 1997 VƏ 1999-CU İLƏ AİD OLAN İŞARƏLƏR

Hz. Mehdinin çıxış əlamətlərinin xəbər verildiyi hədislərdən birində də, 1997 və 1999 illərinə diqqət çəkilmşdir:
İnsanlar 95. ilə qədər malik olacaqlar, yəni işlər yaxşı gedəcək. 97. və 99. illərdə mülkləri zail (yəni zay olacaq, əllərindən çıxacaq) olacaq....
(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 54)

Hədisdəki "95. il" şəklindəki ifadə 1995-ci ilə işarə edərək diqqət çəkir. 1995-ci ilə qədər insanlar nisbətən daha yaxşı, bolluq içində bir həyat sürmüşlər, həyat şərtləri o qədər də çətinləşməmişdir. Bundan sonra isə müxtəlif çətinliklər baş verməyə başlamışdır. 1997-ci ildə müxtəlif siyasi çətinliklər yaşanmışdır. 1999-cu ildə isə Marmara bölgəsində və Türkiyə ərazisində meydana gələn zəlzələlərdə son illərin ən böyük can və mal itkisi baş vermişdir.

 

HZ. MEHDİNİN HİKMƏTİ VƏ ANLAYIŞ GÜCÜ

Hədislərdə Hz. Mehdinin Allahın ona verdiyi xüsusi bir gücə sahib olduğu bildirilir:
O, heç kimin bilmədiyi gizli bir gücə sahib olduğu üçün Mehdi adlandırılmışdır.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)

Muhyiddin Ərəbi Hz. Mehdinin bəzi xüsusiyyətlərini sadalamışdır. Aşağıdakı izahında Hz. Mehdinin diqqət çəkən başlıca 9 xüsusiyyətinə yer verilir:

1. Bəsirət sahibi olması
2. Müqəddəs kitabı anlaması
3. Ayələrin mənasını bilməsi
4. Təyin edəcəyi kəslərin hal və hərəkətlərini bilməsi
5. Hirsləndiyində belə mərhəmət və ədalətdən ayrılmaması
6. Varlıqların (canlıların) siniflərini bilməsi
7. İşlərin dolaşıq tərəflərini bilməsi

Bunlardan xəbəri olan bir lider verəcəyi hökmlərdə yalnışlığa yol verməz. Mehdi, müqayisə elmini onunla hökm etmək üçün deyil, ondan uzaq durmaq üçün bilər. Çünki, verdiyi hökm düzgün bir ilham nəticəsində olacaq. Yəni Hz. Məhəmmədin (s.ə.v) gətirdiyi şəriət üzrə hökm edəcək. Peyğəmbərimiz (s.ə.v) onun xüsusiyyətlərini sadalayarkən (tərif edərkən) "Mənim izimi izləyəcək, səhvə yol verməyəcək" demişdir. Buradan da anlayırıq ki, Mehdi, şəriət sahibi deyil, şəriətə tabe olacaq.

 

8. İnsanların ehtiyacını yaxşı anlaması:
İnsanların hər cür işlərini görmək üçün Allah onu digər insanların üzərinə seçmişdir. Çünki, liderlərin davranış və fəaliyyətləri özlərindən çox xalqın mənfəəti üçün olmalıdır... Xalqın faydasına zidd olan şeylərlə məşğul olub, onların işlərini görməyən bir lider vəzifəsini tərk etməlidir. Çünki onunla digər insanlar arasında fərq olmalıdır, bu da olmayanda artıq insanlarla lider arasında fərq qalmamış olur.

 

Xüsusilə öz zamanında ehtiyac hiss edilən qeybi elmlərə sahib olması:

Yəni qeybə aid elmləri açıqlayacaq. Çünki yalnız bunun sayəsində yeni yaranmış məsələləri həll edə biləcək. (Kıyamet Alametleri, s. 189)

 

ZAMANIN ƏN XEYİRLİSİ OACAQ

Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinlikləri aradan qaldıran, həll edən vəliniz olan kəsə qatılın. O Mehdidir."
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s.57)

Dövründə yer üzünün ən xeyirlisi  olacaq.
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 27)

Mehdi (zamanındakı) insanların ən xeyirlisidir.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 58)

 

HZ. MEHDİNİN MÜQƏDDƏS ƏMANƏTLƏRLƏ ÇIXMASI

Mehdi, Peyğəmbərimiz (s.ə.v)-ın bayrağı, köynəyi, qılıncı, işarələri, nuru və gözəl ifadəsiylə şam vaxtında zühur edər.
(Ali b. Sultan Muhammed el-Kari el-Hanefi, “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi")

Beytül Müqəddəsin xəzinələrini, Tabutu Səkinəni, İsrail Oğullarının süfrəsi ilə lövhələrin mədənlərini, Hz. Adəmin cübbəsini (baş sarığı), Hz. Süleymanın minbərinin əsasını və Allahın İsrail Oğullarına göndərdiyi süd kimi ağ olan əlcəklərini çıxaracaq.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 33)

 

HZ. MEHDNİN GÖZLƏRDƏN UZAQ OLMASI

...Gecələri ibadətlə məşğul olub, gündüzləri gizli olacaq (gözdən uzaq olacaq)...
(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

 

HZ. MEHDİNİN ƏZİYYƏT VƏ ÇƏTİNLİKLƏRLƏ QARŞILAŞMASI

İnkar içində olan cəmiyyətləri xəbərdar etmək və onları doğru yola dəvət etmək üçün göndərilən bütün elçilər, göndərildikləri qövmlər tərəfindən yalanlanmış və onların müxtəlif ittiham və böhtanlarına məruz qalmışlar. Əhli Beytdən gələcək olan Hz. Mehdinin də bu kimi əziyyət və çətinliklərlə qarşılaşacağı hədislərdə xəbər verilmişdir. (Doğrusunu Allah bilir)

Mehdi, bizdən, Əhli Beytdəndir... Biz elə bir ev xalqıyıq ki, Allah bizim üçün axirəti dünyaya üstün qılmışdır. Mənim Əhli Beytim şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə məruz qalacaq. Məndən sonra Əhli Beytim bəla və əziyyətlərlə qarşılaşacaqlar və sürgün olunacaqlar.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)-ın aşağıdakı hədisi də belə bir vəziyyəti, "Hz. Mehdinin beyət əsnasında, özünün bir çox zülmə və haqsızlığa uğradığını insanlara açıqlayacağını" belə xəbər verir:

... Mehdi, Rəsulullahın bayrağı ilə, insanların başlarına bəla üzərinə bəla yağdığı və çıxışından ümid kəsildiyi bir anda çıxar. İki rükət namaz qılar. Namazdan dönüncə belə deyər: "Ey insanlar! Məhəmməd Ümməti və xüsusilə onun Əhli Beyti çox bəlalar gördü və bizlər zülmə və haqsızlığa məruz qaldıq."
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 55)

Aşağıdakı hədisi şərifdə də İstanbulu fəth edəcək olan Hz. Mehdi və köməkçilərinə, fəthdən əvvəlki dövrdə müxtəlif çətinliklərlə üzləşəcəklərini və sonra bu çətinliklərin ortadan qaldırılacağı bildirilmişdir.
Allah Konstantiniyyəni (İstanbulu) çox sevdiyi dostlarının əhlinə fəth edəcək... Onlardan xəstəliyi və kədəri qaldıracaq (yox edəcək).
(Kıyamet Alametleri, Berzenci, s. 181)

Allah, Quranda bir çox peyğəmbərin qövmləri tərəfindən yalanlandıqlarını, dəlilik və cadugərlik böhtanlarına məruz qaldıqlarını və daha bir çox təzyiq və əziyyətlə qarşılaşdıqlarını bildirmişdir. Elçilər bütün bu təzyiqlər qarşısında səbr etmiş, onlara ən gözəl şəkildə cavab vermişlər.

And olsun səndən əvvəl də elçilər yalanlandı... (Ənam surəsi, 34)

... Və əlbəttə bizə etdiyiniz işgəncələrə qarşı səbr edəcəyik... (İbrahim Surəsi, 12)

Sonra, ondan üz çevirdilər və dedilər ki: "(Bu,) Öyrədilmişdir, bir dəlidir." (Duxan surəsi, 14)

Beləliklə, onlardan əvvəl elə bir elçi gəlmədi ki, (onun barəsində) "Cadugər və dəli" deməsinlər. (Zariyat surəsi, 52)

Lakin o, 'öz camaatı və əsgəri gücüylə' üz çevirdi və: "(Bu,) Ya bir cadugər  ya da bir dəlidir" dedi. (Zariyat surəsi, 39)

(Firon) dedi ki: "And olsun, məndən başqa özünə bir ilah qəbul etsən, səni mütləq həbsə atacağam." (Şuəra surəsi, 29)

Ey iman edənlər, Musaya əziyyət edənlər kimi olmayın... (Əhzab surəsi, 69)

Dedilər ki: "Onun üçün (yüksək) bir bina tikin, onu da oraya atın və od vurub yandırın." (Saffat surəsi, 97)

Bu qədər dəlliləri gördükdən sonra yenə də onu bir müddətlik zindana salmaq qərarına gəldilər (Yusuf surəsi, 35)

... O inkar edənlər, zikri (Quranı) eşitdikləri zaman, səni az qala gözləriylə yeyələr. "O, həqiqətən bir dəlidir" deyilər. (Qələm surəsi, 50-51)

 

HZ. MEHDİ TABUTU SƏKİNƏNİ ÇIXARACAQ

Antakya deyilən bir yerdən Tabutu (müqəddəs əmanətlər sandığını) üzə çıxardacaq.
(Suyuti, el- Havi li’l Feteva, II. 82)

O, Tabutu Səkinəni Antakya mağarasından çıxardacaq.
(Nuaym bin Hammad, Kitab-ül Fiten)

Hz. Mehdi, Tabutu Səkinəni Antakya mağarasından çıxardacaq.
(əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, 54)

 

İNSANLARIN BƏRƏKƏTİNƏ VƏSİLƏ OLACAQ

... oraya (Hz. Mehdinin yanına) gedən hər kəs ondan bərəkət qazanacaq.
(El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 26

 

CİFR (ƏBCƏD HESABLAMAĞI) ELMİNİ BİLMƏSİ

Hz. Mehdinin ilahidən verilən elmə (qeyb elmi) aid bir başqa xüsusiyyəti də əbcəd hesabını və ona aid sirləri bilməsidir. TaşköprülüzadəƏhməd Əfəndi "Mevzuatul - Ulum" adlı əsərində (11-ci cild, s. 246) Mehdinin cifr (əbcəd hesablama) elminə sahib olacağını qeyd etmişdir:

Bəziləri dedilər ki, bu kitabı anlayan, kamala çatmış axır zamanda gözlənilən şəxsin çıxışına, Hz. Mehdinin zühuruna aid olunmuşdur ki, onlar cifr elminə sahib olarlar və sirlərinə arif olarlar. Qurandan əvvəlki Peyğəmbərlərə endirilən kitablarda da bu elmdən bəhs olunmuşdur.
(Mehdilik ve İmamiye, İbrahim Süleymanoğlu s.252)

 

MEHDİNİN MÜŞAHİDƏ OLUNMASI - İZLƏNİLMƏSİ

Dəccal çıxınca, ona qarşı möminlərdən bir adam (Mehdi) çıxar. O möminə (Hz. Mehdiyə) bir çox silahlılar, Dəccalın mərkəzlərdə müşahidə etmə edən silahlıları qarşı çıxarlar.  
(Mehdilik ve İmamiye, s.37, Sahih-i Müslim,11-ci cild, s. 393)

Hədisin başlanğıcında Hz. Mehdinin Dəccalın silahlı adamları tərəfindən müşahidə olunduğu və izlənildiyi bildirilir. Əvvəlki dövrlərdə də Allah yolunda mübarizə aparmış bəzi peyğəmbərlərin də buna oxşar şəkildə müşahidə olunduğunu, əsarət altına almaq, tutmaq istədiklərini Qurandan öyrənirik:

"O, özündə dəlilik olan bir adamdan başqası deyil, onu müəyyən bir müddət müşahidə edin." (Mu'minun surəsi, 25)

 

MEHDİ HAQQINDA MƏNFİ TƏBLİĞATIN APARILMASI

Hədisdə Hz. Mehdinin "kürəyi və qarınının döyülə-döyülə genişlədilməsi" təşbehli olaraq (bənzətmə, məcazi mənada) deyilmişdir. "Mehdilik və İmamiyə" kitabının yazıçısı bu hissəni "Mehdinin ünü, dayanmadan ətrafa elan edilib yayılmaqdadır" kimi şərh etmişdir. Lakin, bunu Dəccal tərəfdarları edəcəyi üçün bu təbliğatın Hz. Mehdini pisləmə şəklində olacağını söyləyə bilərik.

Peyğəmbərimiz (s.ə.v) dövründə İslam düşmənləri, onu pisləmək üçün o dövrün nəşr orqanı sayılan şairləri istifadə edirdilər. Şairlər, ticarət mərkəzlərində, bazarlarda Peyğəmbər (s.ə.v)-ı cahilcə müxtəlif təhqirlər edir, ona dəli, cadugər, kahin şəklində böhtanlar atırdılar. Axır zamanda da İslam düşməni olan Dəccal tərəfdaşları Hz. Mehdini pisləyəcəklər, öz fikirlərincə xalqın nəzərində etibarını salmağa çalışacaqlar.

         Hədislərdə Hz. Mehdinin başlanğıc illərinin əziyyətli və çətinliklərlə dolu mübarizə illəri olduğu izah edilir. "Altınçağ" isə Hz. Mehdinin yer üzündə olduğu son dövrlərə aiddir. Hz. Mehdi və Müsəlmanlar ancaq bu dövrdə rahatlığa, bolluğa, hüzura, əmin-amanlığa qovuşacaqlar və sevgiyə, barışa, qardaşlığa söykənən bir həyatı bu dövrdə yaşayacaqlar.

 

QARDAŞI AZ OLACAQ

"Qardaşı az olandır..."
(Risalet ül Mehdi s.161)

 

İKİ DƏFƏ QEYB OLACAQ

"Əbu Abdullahın, Hüseyn bin Əli aleyhissələmdən belə buyurduğunu rəvayət edr: "Bu işi edəcək olanın (yəni Mehdinin) iki qeybi olacaqdır. Bu iki qeybin biri o qədər uzanacaq ki, bəziləri: "O öldü", bəziləri də: "O getdi" deyəcəklər. Nə onu sevənlər, nə də başqaları onun yerini bilməyəcəklər, yalnız ona çox yaxın olan xidmətçisi onun yerini biləcək.
(“el-Saa Fi Eşrat-is Saa” s. 93 Mısır bas.)

 

HALALLARI VƏ HARAMLARI BİLƏCƏK

Hz. Hüseyndən (r.ə) soruşuldu: "İmam Mehdi hansı əlamətlərlə bilinəcək?" Belə cavab verdi : "Könlü rahat və ağır, həssas, ürəyi yumşaq olması ilə, halal və haramı çox yaxşı bilməsi ilə tanınar.
(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)