İran-İraq müharibəsi

Axır zamanda meydana gələcək olan əhəmiyyətli bir döyüş hədisdə belə xəbər verilir:

Şəvval ayında qiyam, Zilkadədə hərbi danışıqlar, Zilhiccədə isə müharbə başlayacaq.
(Kıyamet Alametleri, Berzenci, s. 166)

Hədisdə ifadə edilən Şəvval (Ramazan ayından sonrakı ay), Zilkadə (ərəblərin 11-ci ayı) və Zilhiccə (эrəblərin son ayı) ayları İran-İraq Müharibəsinin başlanması tarixini  ifadə edir.

         Şəvval ayında qiyam...
İran Şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə ifadə edilən 5 Şəvval 1398-ci ildə (8 Sentyabr 1976) olmuşdur.

        Zilkadədə hərbi danışıqlar və Zilhiccədə isə müharibə başlayacaq...
Hicri 1400-cü il, Zilhiccə (1980-cı il, Oktyabr) ayında İran-İraq arasındakı döyüş artıq başlamışdı. Bir başqa hədisdə də bu döyüşün detalları belə təsvir edilir:

"Faris" (farslar, İran) tərəfdən gələcək olan bir qövm belə deyəcək: "Ey Ərəblər! Siz çox fanatizmə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq…"... Bir gün onlara və bir gün də sizlərə verilsin sonra qarşılıqlı söz verilsin, verilən sözlər tutulsun..." Onlar "Mutık"- a (bölgədə bir dağ) çıxacaqlar, Müsəlmanlar oradan Yazıya (düzənliyə) enəcəklər... Müşriklər o biri tərəfdəki Rakabe (neft quyuların çox olduğu bölgə) deyilən bir qapqara olan çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Hər iki ordudan, Allah, zəfəri qaldıracaq… (Kıyamet Alametleri, Berzenci, s. 179)

 

          - Faris tərəfdən gələcək olan: İran tərəfindən gələcək olan
- Faris : İran - İranlı (Böyük Lüğət)
- Yazıya enəcəklər: düzənliklik-İraq Düzənliyi
- Mutık : Bölgədəki bir dağın adı.
- Rakabe : Neft quyularının çox olduğu bölgə.
"Ey Ərəblər! Siz çox fanatizmə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurulmayacaq…"
Hədisin bu hissəsində iki tərəf arasında həddindən artıq milliyyətçilikdən qaynaqlanan bir anlaşılmamazlığın olacağına diqqət çəkilir. Bu anlaşılmamazlıq səbəbiylə, "Yazı" – ya (düzənliyə) eniləcək və döyüş başlayacaq. (Yazı: İraq Düzənliyi)

Allah, hər iki ordudan zəfəri qaldıracaq...

Bu hədisin də işarə etdiyi kimi, İran-İraq Döyüşü 8 il davam etmiş və minlərlə itkin düşməsinə baxmayaraq bir nəticə 'əldə' edilməmişdir. İki tərəf də məğlub olmuş, yəni heç bir tərəf qalib gəlməmişdir, qəti bir üstünlük təmin edə bilməmişdir.