Gözlənilən Mehdi kitabının qısa müddətdə tükənən ikinci nəşrindən sonra, inkişaf edən dünya hadisələri və Amerikanın İraqa hücumu, işğalı və bu döyüşdə bölgədəki ölkələrin eynilə Peyğəmbərimizin (s.ə.v) hədislərində bizlərə ifadə etdiyi şəkildə davranmaları mövzu ilə əlaqədar olan hədisləri nəzərdən keçirməmizə vəsilə olmuşdur. Aşağıda əlavə olunan müharibələrə və hadisələrə işarə edilən hədislərə bir daha nəzər salaq:
"Ordunun itməsi (batması)"
"Hz. Mehdinin beş əlaməti var. Bunlar Süfyani, Yəməni, Səmadan bir nida, düzənlikdə (səhrada, ərəb çöllərində) bir ordunun itməsi (batması) və günahsız insanların öldürülməsidir." (Naim Bin Hammad)
"İraqlıların pulu qalmayacaq"
"İraqlıların əlində ölçdükləri bir tərəzi aləti və alış-veriş edə biləcəkləri bir pul birdən-birə öz mahiyyətini itirəcək"
(Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. 5-ci cild, s. 45 El Muttaki)
"Bağdad alovlarla məhv edilər"
Axır zamanda Bağdad alovlarla yox edilər...
(Risaletül Huruc ül Mehdi,3-cü cild, s. 177, 854-cü qeyd)
"İraqın və Şamın Azadlığını Əngəlləmək"
Əbu Nadrə (r.ə), Cabirin (r.a) yanında ikən belə dediyini bildirdi: "Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kafiz (gilə), bir dirhəm verilməyəcək".
Dedik ki, "Bunu kim edə bilər?", dedi ki: "Acəmilər (Ərəb olmayanlar) bundan məhrum' edərlər." Sonra dedi: "Şam əhalisinə bir dinar da verilməyəcək". "Bunun səbəbkarı kim olar?" deyə soruşduq. "Rumlardır" dedi.
(Et-Tac, Ali Nâsıf el-Hüseyni)
"İraq yenidən qurular"
"İnsanların ən şərliləri İraqa hücum etmədikcə qiyamət qopmaz və İraqdakı günahsız insanlar Şama doğru qaçaraq sığınacaq yerləri axtararlar. Şamda da İraqda da yeni quruluş qurular."
(Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. 5-ci cild s. 254, El Muttaki)
"İraq Xalqı Şama, Şimala Qaçar"
Şərli kəslər İraqa hücum etmədikcə qiyamət qopmaz. Məhz o zaman günahsız və təmiz İraq xalqı Şama qaçar.
(Risalet-ül Huruc-ül Mehdi, s. 210)
"Şamda fitnələr"
Şamda fitnələr bir tərəfdən sakitləşər, digər bir tərəfdən canlanar, alovlanar.
Göydən çağırıcı bir mələk "Mehdi əmrinizdir, Mehdi Xəlifənizdir" demədikcə də fitnələr bitməz.
(Risalət-ül Huruc-ül Mehdi... s.63)
"Şam, İraq, Ərəbistan"
"Rəsulullah (s.ə.v) belə buyurmuşdu: " ...Elə bəla və müsibətlər olacaq ki, heç bir kəs, sığına biləcəyi bir yer, məkan tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq. İslam ümməti orada bəlalara qarşı çöllərdə döyüşəcəklər. Heç kim onların halına yanmayacaq, "vay!" belə deməyəcək. Onlar bəlanı bir tərəfdən rədd etməyə calışdıqca, digər tərəfdən yenə bəla ortaya çıxacaq." (Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. c.5 sf.38-39 El Muttaki)
"...bəlalar Şamın ətrafında dolanacaq"
"...İraqın üzərinə çökəcək."
"...Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq."
"Fırat ilə Diclə çaylrı arasında böyük döyüşlər olacaq"
"Fırat ilə Diclə arasında Zevra deyilən bir şəhər olacaq. Orada böyük bir döyüş olacaq. Qadınlar əsir götürüləcək, kişilərin isə qoyunun başı kimi başarı kəsiləcək."
(Kenzul Ummal, Kitab-ul kıyame, kısm-ul efal. 5-ci cild, s. 38 El Muttaki)
"İraqın üç yerə bölünməyi"
Rəsulullahın (s.ə.v) bildirdiyinə görə, İraq xalqı üç yerə bölünər. Bir qismi soyğunçulara, oğrulara qatılar. Bir qismi ailələrini qoyub qaçarlar. Bir qismi də döyüşər və öldürülərlər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlaşın.
(Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)
Kufə xalqı üç hissəyə ayrılacaq: Bir qismi Süfyaninin ordusuna qatılacaq. Onlar, Cənabı Haqqın yaratdığı ən pis insanlardır. Bir qismi onlarla döyüşəcək, onlar Cənabı Haqqın şərəfli qullarıdır. Bir qismi də soyğunçulara qatılacaq, onlar günahkarlardır.
(en-Necmu's Sakıb Fi Bəyanı Enne'l Mehdi Min Övladı Əli b. Əbi Talib)
Bir qismi ailələrini qoyub qaçarlar
"Günahsız uşaqların öldürülməsi"
…Məhəmməd ümmətindən günahsız bir uşaq öldürüldüyündə, göydən bir mələk 'haqq onda (Mehdidə) və onun yanında olandadır' deyə səslənər.(Sabban isafur Ragibin s.154)