Kəbə basqını və Kəbədə qan axıdılması

Onun çıxacağı il, insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər. Birlikdə Beytül Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabe Cemresinin (Kəbədə Minaya endikdə olan təpə, şeytana daş atılan yer) üzərinə axacaq.
(Kıyamet Alametleri, Berzenci, s. 169)

İnsanlar başlarında bir imam olmadan həcc edərlər. Minaya endiklərində ətrafları, itlərin boğuşması ilə bürünüb, qəbilələrin bir-biri ilə savaşması ilə böyük döyüşlər olar. Beləliklə ayaqlar qan gölü içində qalar.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 35)

Yuxarıdakı hədislərdə "onun çıxacağı il" cümləsi, Hz. Mehdinin çıxış tarixində Həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkir. 1979-cu ildə, həcc zamanı baş verən Kəbə basqınında eynilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da Mehdinin digər əlamətlərinin reallaşdığı dövrün tam əvvəlində, yəni Hicri 1400-cü ilin ilk günündə, 1 Məhərrəm 1400-cü il (21 Noyabr 1979) tarixində baş vermişdir. 

Yenə hədisi şərifdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Hücum zamanı Suud əsgərləri (Ərəb əsgərləri) ilə təcavüzkar xadimlər arasında meydana gələn vuruşmada 30 adamın öldürülməsi, bu rəvayətin qalan qismini də təsdiqləmişdir. 
1979 - cu ildə (Hicri 1400) reallaşan bu Kəbə basqınının ardından 7 il sonra Hicri 1407-ci ildə, Həcc əsnasında daha böyük qanlı bir hadisə baş vermişdir. Bu hadisədə prospektlərdə nümayiş edən hacılara hücum edilərək 402 nəfərə qətlə yetirilmişdir, həddindən artıq çox qan axıdılmışdır. Kəbənin yanında Müsəlmanların (Səudiyyə ərəbistanı əsgərləri ilə İranlı hacıların) bir-birlərini öldürmələri ilə böyük günahlar işlənmiş, harama girilmişdir. Bu qanlı hadisələr, digər hədislərdə təsvir edilən mühitə çox bənzəyir.

Rəsulullah buyurdu: “Ramazanda bir səda, Şevvalda bir səs, Zilqadədə qəbilələr arasında döyüş olar. Hacılar talan edilər. Minada ölülərin çox olacağı bir döyüş olar, beləliklə orada daşları qan gölü içində buraxacaq qədər qan axar.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 31)

Ramazanda bir səda olar. Şevvalda da bir səs olar. Zilqadədə qəbilələr vuruşar. Zilhiccədə hacılar talan edilər. Məhərrəmdə göydən belə səs gələr. "Diqqət yetirin! O, Allahın, xalqının xeyirlilərindəndir. Onu dinləyin və ona tabe olun."
(Ramuz El Hadis, 2/518)

Şəvval ayında qiyam, Zilqadədə hərbi danışıqlar, Zilhiccədə isə müharibə başlayacaq. Hacılar soyulacaq qanları axıdılacaq.
(Kıyamet Alametleri, Berzenci, s. 166)

Zilqadə ayında qəbilələr döyüşər, hacılar qaçırılar, qanlı döyüşlər olar.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 34)

"İkdiddurər" adlı kitabdakı əlamətlərdən: Şevvalda döyüş səsləri, Zilhiccədə hərb danışıqları və ölüm hadisələri olar, yenə Zilhiccədə hacılar  talan edilər, hətta prospektlər qandan keçilməz hala düşər, haramlar tapdalanar. Kəbənin yanında böyük günahlar işlənər.
(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)

 

Beytül Muazzamanın (kəbənin) yanında böyük günahlar işlənər

Yuxarıdakı hədisdə, Beytül Muazzamanın (Kəbənin) içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilir. 1407-ci ilin Zilhiccə (ərəblərin son ayında) ayında (Həcc mövsümündə) meydana gələn hadisələr əvvəlkindən fərqli olaraq Kəbənin içində deyil, yanında baş vermişdir. Ən başda izah etdiyimiz hadisə isə 1 Məhərrəm 1400-cü ildə Beytül Muazzamanın (Kəbənin) şəxsən içərisində olmuşdu. Hər iki hadisə rəvayətlərin işarəsinə uyğun bir şəkildə reallaşmışdır.

Kəbədə qan axıdılması, hacıların qətl edilməsi kimi hədislərdə xəbər verilən belə əhəmiyyətli iki böyük hadisənin Hz. Mehdi haqqında bildirilən bütün əlamətlərin çıxdığı dövrdə, bir-birinin ardınca reallaşmasının bir təsadüf olması olduqca qeyri-mümkündür.
Hədislərdə keçən ifadələri araşdırdığımızda da eyni dövrlə əlaqədar olan əhəmiyyətli hadisələrə işarələr olduğunu görürərik:
... Zilhiccədə hərb (müharibə) və kıtal (ölüm hadisəlri) olar.

Hədislərdə, bu döyüş və qarışıqlıqlardan hacıların öldürülməsi mövzusu ilə birlikdə bəhs edilməsi, aid olan hadisələrin eyni zamanda meydana gələcəklərini göstərməkdədir. Həmin illər, iran-İraq Döyüşünün çıxdığı, Türkiyənin cənub şərqində, Orta şərq ölkələrində ixtişaşların və qarışıqlıqların ən çox yaşandığı bir dövr idi.

... Şəvvalda (Ramazandan sonrakı ay) döyüş səsləri eşidilər.

Yenə, eyni illərdə Basra Körfəzindəki gərginliyə, İran-Amerika arasındakı ixtilafa və döyüş vəziyyətinə diqqət çəkilmişdir, Allahualəm.