Qadınlar və uşaqlar da qətl ediləcəyi fitnələrin yaşanması

Hz. Mehdinin çıxışından əvvəl yaşanan fitnə mühitində qadınlar, uşaqlar, yaşlılar da qətl ediləcək, yazıq, günahsız insanlar öldürüləcəkdir.

Belə hadisələrdə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər ətrafa yayılar. Sonra Hz. Mehdiyə beyət edilər.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 34)

Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz...
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman hər kəsin ondan razı olacağı bir gedişatda olan Hz. Mehdi çıxar.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 38)

Günahsız insanlar qətl edilməyənə kimi Mehdi çıxmayacaq və qırğınlara yerdə və göydəkilər artıq dözə bilməyəcək bir hala gəldiyində zühur edəcək...
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)

Ana, ata, qız, kişi hər kəsi öldürər və Acəmi (ərəb olmayan) və İraq diyarlarını fəth edərək ümmətə acınacaqlı əzab daddırarlar. Bu hadisələr zamanı fitnə, şiddət, həlak və yurdu tərk etmələr (qaçmalar) baş verər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 36)