Hz. Mehdinin çıxışından əvvəl böyük qalmaqallar baş verəcək

Hədislərdə Hz. Mehdinin çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, çox qan töküləcəyi bildirilmişdir:

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar yayılacaq…(Camiü's-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)

Şəvvalda (Ramazan ayından sonrakı ay) döyüş nərələri, Zilhiccədə (Ərəblərin son ayı) ixtişaşlar və müharibələr baş verər. Yenə Zilhiccədə hacıları talan edərlər, hətta prospektlər, küçələr qandan keçilməz olar... Hərcmərclik (qan tökmə) çoxalaraq davam edər.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)

 

Minada ölülərin çox olacağı bir döyüş olar, hansı ki, daşları qan gölü içində buraxacaq qədər qan axıdılar.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler-Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)

Çox böyük və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq...
(əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 55)

Minaya endiklərində ətraflarında itlərin boğuşması kimi, qəbilələrin bir-biri ilə savaşmaları kimi böyük döyüşlər olar. Belə ki ayaqlar qan gölü içində qalar...
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq...
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 21-22)

Bu fitnə və bəlalardan, axır zamandakı texnologiya vasıtəsiylə bütün insanlar xəbərdar olacaq. Hadisələrin baş veridyi anda, hadisə yerində çox az insan olsa da, bütün dünya yaşanan hadisəıəri izləyəcək və öyrənəcək. Bu da axır zamanda televiziya, nəşriyyat, rabitə texnalogiyası vasitələrinin inkişafına və böyük kütlə tərəfindən istifadə edilməsinə bir işarədir, (Allahualəm).  Radio, televiziya, qəzet, internet kimi vasitələr, baş verən qırğınları, ölümləri, axıdılan qanı, haqsızlıqları, zülmü bütün dünyaya eşitdirəcəklər və bu fitnələr geniş şəkildə bütün insanlar tərəfindən seyr ediləcək.