Dünya qalmaqal içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəziləri bəzilərinə hücum etdiyi, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə təmkinli davranmadığı zamanda Allah, onlardan ədavətin (düşmənliyin) kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanda dinə dəstək olacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdini) göndərəcək.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)
* Hərcmərclik - insanlar arasında meydana gələn fitnə-fəsad, qalmaqal, çaxnaşma, qarışıqlıq deməkdir.
Hədisdə müəyyən bir yer təsvir edilməyib, qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilir. Həqiqətən də hədisin təsvir etdiyi bir şəkildə, bu gün dünyanın beş qitəsində də böyük çaxnaşmalar, döyüşlər, qırğınlar və terror hadisələri yaşanmaqdadır. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından- yuvalarından çıxarılırlar.