Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq.
(Kıyamet Alametleri, Berzenci s. 200)
O gəlmədən əvvəl, şərqdən işıq verən bir ulduz görünəcək.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)
O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)
Hədislərdə ifadə edildiyi kimi:
- 1986-cı ildə (Hicri 1406) yəni 14-cü əsrin əvvəllərində "Halley" adlı kometa Dünyamızın yaxınılığından keçmişdir. Bu kometa parlaq, işıqlı bir ulduzdur.
- Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.
- 1981 və 1982-ci (1401-1402) illərdə meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.
Bu ulduzun doğulmasının Hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni zamanda meydana gəlməsi, "Halley" kometasının hədisdə işarə edilən ulduz olduğunu təsdiqləyir.
İmam Rəbbani də Hz. Mehdinin əlamətlərindən olan "Quyruqlu ulduz" haqqında bu məlumatları vermişdir:
Şərq tərəfdən bir ulduz doğulub işıqlıq verəcək. Onun hər günki irtifi (keçiş istiqaməti) məşriqdən məğribədir (şərqdən qərbə doğrudur).
(Məktubatı Rəbbani, 2/258)
Tarix boyu bu kometanın keçdiyi zamanlarda Müsəlmanlar üçün çox əhəmiyyətli hətta dönüş nöqtəsi sayıla biləcək hadisələr meydana gəlmişdir. Bunlardan bir qismi Peyğəmbərimizdən (s.ə.v) nəql olunan rəvayətlərdə də bildirilmişdir. Bu rəvayətlərə görə bu ulduz göründükdə:
- Hz. Nuh qövmü həlak olmuşdur.
- Hz. İbrahim atəşə atılmışdır.
- Firon və qövmü yox edilmişdir.
- Hz. Yəhya öldürülmüşdür.
- Hz. İsa doğulmuşdur.
- Rəsulullah Əfəndimizə (s.ə.v) ilk vəhy gəlməyə başlamışdır.
- Osmanlı Dövləti tarix səhnəsində iştirak etməyə başlamışdır.
- İstanbul, Fateh Sultan Məhməd tərəfindən fəth edilmişdir.
Halley Ulduzu Haqqında Bəzi Maraqlı Rəqəmlər
Halley ulduzu ilə əlaqədar bəzi ədədlərin "19" rəqəminə vurduqda alınan cəmin ulduzun çıxma tarixi ilə üst-üstə düşməsi olduqca diqqət çəkicidir:
Halley Kometası 76-cı ildə bir keçib. 76 = 19 x 4
Bu ulduz ən son Hicri tarixi 1406-cı ildə görünüb. 1406 = 19 x 74
- Bu mövzuyla əlaqədar bir başqa diqqət çəkici vəziyyət isə yuxarıda hesabladığımız kimi Halley ulduzunun keçdiyi tarixin, Hicri 1406-cı ilin 19 rəqəminin tam 74 dəfə artıq cəminə bərabər olmasıdır. "74" sayı isə eyni zamanda Qurani Kərimdə 19 möcüzəsinə işarə edilən MUDDƏSSİR surəsinin sıra nömrəsidir.
Göründüyü kimi Quranın Muddəssir Surəsinin (74-cü surə) 30-cu ayəsində "19" sayının möminlər üçün bir rəhmət, inkar edənlər üçün isə bir fitnə vəsiləsi olduğu bildirilir.
Halley kometasının 19 rəqəmi ilə olan bu möcüzəvi əlaqəsi, kafirlər üçün bir fitnəni, möminlər üçün isə bir rəhməti müjdələdiyinə işarə edir, Allahualəm.
Muddəssir Surəsinin 1 və 2-ci ayələrində Hz. Məhəmmədə (s.ə.v) "EY ÖRTÜNƏN! QALX və QORXUT" buyrulur. Bu, ayələrin açıq mənasıdır. Lakin, bu ayələrin axır zamana istiqamətli ikinci bir örtülü, gizli bir işarələri də ola bilər. Bəlkə də "EY GİZLƏNƏN" deyilərək Rəsulullah Əfəndimizin soyundan gələcək olan və Hicri 1406-cı ildə çıxış əlamətlərindən biri (Kometanın doğuşu hadisəsi) meydana çıxacaq olan Hz. Mehdiyə işarə edə bilər. Doğrusunu Allah bilir.
74- Muddəssir Surəsi
1. Ey örtüsünə bürünən
2. Qalx və qorxut (xəbərdar et)
Muddəssir: örtünən-bürünən-gizlənən deməkdir.
- Bir başqa böyük möcüzə və işarə isə Halley ulduzunun 1986-cı (Hicri 1406) ildəki keçişinin, Hz. Məhəmmədin (s.ə.v) peyğəmbərliklə vəzifələndirildiyi 607-ci ildən bu yana 19 dəfə KEÇMƏSİDİR.