Böyük şəhərlərin yox olması

Böyük şəhərlər, sanki dünən yoxmuş kimi həlak olar.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s.38)

Hədisdə bəzi böyük şəhərlərin döyüşlər və müxtəlif təbii fəlakətlər nəticəsində yox olacağı bildirilmişdir. Bir çox böyük şəhərlər ancaq bu əsrdə (Hicri 1300-1400) yox olmuş və ya böyük təxribata uğramışdır. Bu hadisələr Hz. Mehdinin çıxış əlaməti üçün çox əhəmiyyətli bir dəlildir. Amerikanın 1945-ci ildə Xerosima və Nagasakiyə atdığı atom bombası, burada yaşayan insanların hamısını həlaka uğratdı, şəhərin hamısını da yerlə bir etdi.

Allah Quranda keçmişdəki bir çox qövmün müxtəlif şəkillərdə həlak olduqlarını bu ayələrlə ifadə etmişşdir:

Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. (Nəml Surəsi, 51-52)

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs Surəsi, 58)

(Budur) haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik. (Kəhf Surəsi, 59)

Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa qövm (xalqlar) yaratdıq. (Ənbiya Surəsi, 11)

Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq. (Hud Surəsi, 82)

Biz neçə-neçə ölkələri  məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi. (Əraf Surəsi, 4)

Yaşadığımız əsrdə meydana gələn döyüşlərdə bir çox şəhər (Berlin, Hamburg, Varşava, Leningrad, Buxarest, London...) tamamilə dağıdılmışdır. Bu şəhərlərin inşası ancaq bir çox illər sonra mümkün olmuşdur.