Müsəlmanlara qarşı təzyiqlərin artması

Hədislərdə axır zamanda Müsəlmanların çətin günlər keçirəcəyi bildirilmişdir. Bu dövrlərdə Müsəlmanları hədəf alan qarışıqlıqlar, çaxnaşmalar, döyüşlər, haqsızlıq və ədalətsizliklər meydana gələcəkdir. İndiki vaxtda və yaxın keçmişdə İslam dünyasının müxtəlif bölgələrində baş verən qalmaqallar və qarışıqlıq mühiti bəzi Müsəlman ölkələrdəki diktator idarəçilərin səbəb olduğu zülmlər hədislərdə xəbər verilən hadisələrin reallaşmağa başladığını göstərən dəlillərdəndir.

Rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. Zülm, fəsad və əxlaqsızlıq çıxarar. Alim və zahidləri qətlə yetirər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Ali Məhəmmədə (Məhəmməd ümmətinə) düşmən kəsilər...
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin
Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)

Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmrlər, əmrlərdən sonra zalım məliklər (başçılar) gələr. Son olaraq da Əhli Beytimdən biri çıxar.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 84)

O zalım, camaatı öldürən məliklərin (başçıların) əlindən vay bu ümmətin halına. Bu zalımlar özlərinə itaət edənlər xaric, səssiz qalanları da qorxudarlar...
(Ebu Nuaym'dan; Suyuti, II cild, s. 64)

Burada Müsəlmanların üçdə bir hissəsi öldürülər...
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 73)