Hz. Mehdinin xüsusiyyətləri

Peyğəmbərimiz (s.ə.v) "Mehdi ilə müjdələnin" (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 12) hədisində  buyuraraq, Hz. Mehdinin gəlişini həyəcan və şövqlə gözləmənin, bu mübarək şəxs üçün hazırlıq etmənin əhəmiyyətinə diqqət çəkmişdir. Bir başqa hədisi şərifdə isə iman edənlərin Hz. Mehdiyə qarşı duyduqları sevgi və bağlılıqları belə ifadə edilmişdir:

Sizdən ona kim yetişsə, qarın üzərində sürünərək də olsa ona qatılsın. Çünki o, Mehdidir.
(İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, VII cild, s.527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)

 

HZ. MEHDİ MÜTLƏQ ÇIXACAQ

Əgər dünyadan bir gün belə qalsa, Allah, O (Hz. Mehdi) idarəni ələ alana qədər o günü uzadar.
(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s.10)

Əgər dünyadan bir gecə belə qalsa, Allah onu uzadar və Əhli Beytimdən birini (Hz. Mehdini) məlik edər.
(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 10)

Ümmətim arasına Mehdi gələcəkdir... Ümmətim onun zamanında yaxşı və pisin bənzəriylə nemətlənməyəcəyi bir nemətlə nemətlənəcək, səma  bol yağış yağdıracaq, ərz (torpaq) bitkisindən heç bir şey qısıb saxlamayacaq (yəni bol məhsul verəcək).
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 9)

Dünyadan bir gecə belə qalsa, Allah o gecəni uzadar və Əhli Beytimdən biri gələrək dünyaya hakim olar. Onun adı adıma, atasının adı atamın adına bənzəyər. Əvvəl yer üzü necə zülmlə dolmuşdusa, o, onu ədalətlə dolduracaq.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, sf. 11)

 

HZ. MEHDİ PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) SOYUNDANDIR

 

Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış belə olsa Allah (c.c) mənim Əhli Beytimdən (soyumdan) bir şəxsi (Hz. Mehdini) göndərəcək.
(Sünen-i Ebu Davud, 5/92)

Mənim Əhli Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr bitməz.
(En-Necmu's Sakıb, Ukayli)

Mehdi, qızım Fatimənin nəslindəndir.
(Sünen-i İbn Mace, 10/348)

Mehdi ilə müjdələnin. O, Qureyşdən və Əhli Beytimdən bir adamdır.
(Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 13)

Mehdi, mənim övladlarımdandır. Üzü səmada parlayan ulduz kimidir.
(Ali b. Sultan Muhammed el-Kari el-Hanefi’nin “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)

Bütün peyğəmbərlər bir-birinin nəslindəndir. Hz. Mehdi də hədislərin ifadə etdiyinə görə bu soydandır. Xalq arasında bu soydan gələnlərə "seyid" deyilir. Hz. Mehdi də seyid olacaq.
Allah, Quranda bir-birlərinin soyundan gələn elçilərdən bəhs edir. Bu ayələr Hz. Mehdinin də eyni nəsildən olacağına işarə edə bilər. (Doğrusunu Allah bilir).

Həqiqət budur ki, Allah, Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər üzərinə seçdi; Onlar bir-birlərindən (törəmə tək) bir nəsildir. Allah eşidəndir, biləndir. (Ali-İmran Surəsi, 33-34)

"Rəbbimiz, ikimizi sənə təslim olmuş (Müsəlmanlar) et və soyumuzdan sənə təslim olmuş (Müsəlman) bir ümmət (ver). Bizə ibadət üsullarını (yerini və ya qanunlarını) göstər və tövbəmizi qəbul et. Şübhəsiz, Sən tövbələri qəbul edən və əsirgəyənsən." (Bəqərə Surəsi, 128)

Atalarından, soylarından və qardaşlarından, kimini (bunlara qatdıq), onları seçdik və düz yola yönəltdik. (Ənam Surəsi, 87)

ALLAH HZ. MEHDİNİ BİR GECƏDƏ İSLAH EDƏCƏK

El-Mehdi, bizdən, Əhli Beytdəndir. Allah onu bir gecədə islah edər (yəni tövbəsini qəbul edər və ya feyzlər və hikmətlərlə təchiz edər).
(Sünen-i İbni Mace Kitabü-l 'fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, 10-cu cild, Mütercim: Haydar Hatipoğlu, Bab: 34, s.348)

İslam alimləri bu hədisi bu şəkildə açıqlamışlar:
...Bir gecədə Mehdinin islah edilməsi sözü Cənabı Haqqın ona qütb mərtəbəsinin verilməsinə işarədir. Bu dərəcəni işləməklə, çalışmaqla qazanmaq olmaz. Uca Mövlanın Qurani Kərimdə ifadə etdiyi kimi Hz. Peyğəmbərə (s.ə.v) verilən bu lütf, Hz. Mehdiyə də verilmişdir.
Uca Mövla, Qurani Kərimdə Şura surəsi 52-ci ayəsində Peyğəmbərimizə (s.ə.v) belə buyurmuşdur: "Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən" (Şura surəsi, 52)

Hz. Mehdi, dini məsələlərdə zamanındakı müctəhidlərin (ayələri, hədisləri düzgün açıqlayan) ən fəzilətlisi və ən mükəmməlidir. Bu da onun böyüklüyünü, mərtəbəsinin yüksəkliyini, mövqesinin ucalığını göstərir.
(Ali b. Sultan Muhammed el-Kari el-Hanefi, “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)

Bədiüzzaman Səid Nursi də, Hz. Mehdi haqqında belə bəhs etmişdir:

Axır zamanın ən böyük fəsadları zamanında, əlbəttə ƏN BÖYÜK BİR MÜCTƏHİD (ictihad edən, ayələri düzgün açıqlayan böyük İslam alimi), həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsr başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD (doğru yolu göstərən adam), HƏM QÜTBÜ ƏZƏM (Müsəlmanların bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir nurani şəxsi göndərəcək və o şəxs də, Əhli Beyti Nəbəvidən (Peyğəmbərimizin (s.ə.v) soyundan) olacaq...
(Məktubat, 411-412)

 

HZ. MEHDİNİN İNSANLAR TƏRƏFİNDƏN ÇOX SEVİLMƏSİ

Şübhəsiz ki o, insanların qarşılaşdıqları şərlərə görə, Mehdini ən çox sevənlər olmadıqca çıxmayacaq.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 27)

Yer və göy əhli ondan razı qalar.
(Heysemi, VII cild, s. 313; Ebu Nuaym'dan, Suyuti, II cild, s. 58; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)

Allah, bütün insanların ürəklərini onun məhəbbəti ilə dolduracaq.
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 42)

Mehdi insanlar arasına gəldikdə, onu yeni gəlin kimi sevgi və məhəbbətlə qucaqlayarlar (qarşılayacaqlar) ...
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, S. 35)

Onun xilafətindən (xəlifəliyindən, dünyanı idarə etməsindən) yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı qalacaq.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 31)

Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman ondan hər kəsin razı qalacağı bir gedişatda olan Hz. Mehdi çıxar.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 38)

Allah onun məhəbbətini insanların ürəklərinə yerləşdirəcək. Beləcə onlar, gündüzləri aslan kəsilən və gecələri də ibadətlə keçirən bir cəmiyyət olacaqlar.
(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

Məhəmməd ümmətindən ondan məmnun, razı olmayaca     q bir kəs qalmayacaq.
(Kıyamet Alametleri, s. 163)

Üzü gözəl, qoxusu xoş, heybətli, lakin insanlara qarşı çox mehriban, sevimli və yaxındır. (Mehdi, Deccal, Mesih, s. 102)

 

HƏR YERDƏ HZ. MEHDİDƏN BƏHS EDİLMƏSİ

Hədislərdə, Hz. Mehdinin dövründə ondan çox bəhs ediləcəyi ifadə edilir. Bu da, Hz. Mehdinin adının dünyanın dörd bir tərəfinə çatacağını, yayılacağını göstərir:

Səmadan bir münadi (nida edən), "Haqq Ali Məhəmməddir" şəklində səsləndiyi zaman, Mehdi zühur edər. Hər kəs yalnız ondan danışar, onun sevgisindən yararlanar və ondan başqa heç bir şeydən bəhs etməzlər.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 33)

Bir münadinin səmadan "Haqq, Hz. Məhəmməd (s.ə.v) əhlindədir" şəklində səslənməsindən sonra, Hz. Mehdinin sevgisi insanların ürəklərinə yerləşəcək və ondan başqa bir şeydən bəhs edilməyəcək.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)

 

HZ. MEHDİYƏ ÖZÜ İSTƏMƏDİYİ HALDA BEYƏT EDƏRLƏR

Hədisi şəriflərdə Hz. Mehdiyə onun istəmədiyi halda beyət ediləcəyi bildirilmişdir. Bu da onu göstərir ki, Hz. Mehdi özünü heç vaxt Mehdi olaraq elan etməyəcək. Hətta insanlar ona gəlib "əlamətlər səndə mövcuddur, sən Mehdisən" dedikləri halda o yenə rədd edəcək. Ancaq "ölümlə təhdid" edildikdən sonra, insanların ona beyət etməyini qəbul edəcək.

Nəhayət insanlar Mehdiyə gələrlər və Rükn ilə Mövqe arasında, özü istəmədiyi halda ona beyət edələr (yəni, cani-könüldən istəyərək məqamını qəbul edərlər). "Əgər qəbul etməzsənsə, boynunu vurarıq" deyərlər. Yer və göy əhli ondan razı qalar 
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)

Xəlifənin ölümü anında ixtilaf baş verər. Mədinə xalqından bir adam qaçaraq Məkkəyə gedib çıxar. Məkkə xalqından bir qrup onu, istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxardarlar. Həcəri Esvedlə (Kəbədəki qara daşla) İbrahimin Məqamı arasında ona beyət edərlər.
(Sünen-i Ebu Davud, 5/94; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)

... Və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona yetişsəniz, ona beyət edin. Çünki o yerdə də göydə də Mehdidir.
(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)

Hz.Fatimənin soyundan gələn Mehdi, Məkkədə meydana çıxarılar və istəmədiyi halda ona beyət edilər.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 52-53)

... Onu təkrar Məkkədə taparaq yenə, "Sən filankəs oğlu filankəssən, anan da filankəs qızı filandır, səndə də bu cür əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun, uzat əlini sənə beyət edək" deyərlər. O isə "Mən axtardığınız deyiləm" deyər və təkrar Mədinəyə gedər. Mədinədə yenə axtarıldığını görərək təkrar Məkkəyə dönər.Məkkədə ona, Rükunda olarkən belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməsən, bizi axtarmaqda olan və başında Həddəmdən (ordu və hökmranlıq cəhətdən güclü olan) olan Süfyani ordusuna qarşı qorumasan, günahlarımız sənin üstünə və qanlarımız da boynuna olsun" deyərlər. Bunun üzərinə Mehdi, Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul edər.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)

Fitnə içindəki insanlar qan axıdıldığı bir zamanda evində oturmaqda olan Mehdinin yanına gələr və "Bizim üçün ayağa qalx" deyərlər. O isə qəbul etməz, ancaq ölümlə təhdid edildikdən sonra onlar üçün ayağa qalxar. Ondan sonra artıq qan tökülməz.
(İbn Ebi Şeybe, VII-cild, s. 531; Abdurrezzak H. 20771, XI-cild, s. 372; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 52-53)

Qurani Kərimdə Yusuf Surəsində, Hz. Yusufun da öz istəyi olmadan yaşadığı ölkənin kralı tərəfindən düzgünlüyü, ədalətli, məlumatlı, etibarlı olması sayəsində vəzifə başına gətirildiyi xəbər verilir:
Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi. (Yusuf surəsi, 54)

 

HZ. MEHDİYƏ HARADA BEYƏT EDİLƏCƏK

Sonra da xəlifəlik yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir.
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s.26)

Məkkədə ona, Rükunda olarkən belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməzsən, bizi axtarmaqda olan və başında Həddəmdən (ordu və hökmranlıq cəhətdən güclü olan) olan Süfyani ordusuna qarşı qorumazsansa, günahlarımız sənin üstünə və qanlarımız da boynuna olsun" deyərlər. Bunun üzərinə Mehdi, Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul edər.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)

Rükun və Mövqe arasında ona beyət ediləcək. Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq.
(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)