Zəlzələlərin çoxalması

…Zəlzələlər çoxalmadıqca, fitnələr olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz. (Kıyamet Alametleri, s.109)

Peyğəmbərimiz (s.ə.v) yuxarıdakı hədisində "zəlzələlərin çoxalmasını" axır zamanın başlanğıcında meydana gələcək əlamətlərdən biri olaraq ifadə etmişdir. Həqiqətən də XX əsrdə on minlərlə adamın zəlzələlər nəticəsində həyatını itirməsi tarixə yazılmışdır. Kobedə, Türkiyədə, Tayvanda, Yunanıstanda və Meksikada bir-birinin ardınca baş verən şiddətli zəlzələlər axır zamana aid çox əhəmiyyətli işarələr daşııyır.

"Ümmətimdə zəlzələlər olar. Belə ki, bu zəlzələlərdə on min, iyirmi min, otuz min adam ölər. Allah, bu ölümü müttəqilərə öyüd, möminlərə rəhmət, kafirlərə isə əzablı edər."(İbni Asakır, Geleceğin Tarihi 1, Orhan Baytan, Mevsim Yayıncılık, s.81)

Sığınacaq evlər, sizi daşıyacaq heyvanlar tapa bilməyəcəyiniz zaman yaxınlaşmışdır. Çünki evlərinizi zəlzələlər yıxacaq, heyvanlarınızı ildırımlar yandırıb kömürə çevirəcək.
(Nuaym bin Hammad, Geleceğin Tarihi 1, s.82)

Xəlifənin (Arzı-Mukaddesə) müqəddəs yerlərə endiyini görsən bil ki, artıq zəlzələlər, kədərlər, böyük hadisələr yaxındır. O gün qiyamət insanlara bu əlimin başına olan yaxınlığından daha yaxındır.
(Ebu Davud, Cihad 37, s.2535, Kütüb-i Sitte, cilt 14, s.339)

Bu ümmətin sonradan gələn nəsilləri əvvəldən gəlib keçənlərə (müxtəlif ittihamlar və bəhanələrlə) təhqir etdiyi zaman artıq qızıl (şıddətli) küləkləri, (zəlzələni), yerə batışı (hasfı) və ya surət dəyişdirməyi (sığalı) (və ya göydən daş yağmasını (kazfi)) gözləyin.
(Tirmizi, Fiten 39, s.2211, Kütüb-i Sitte, 14-ci cild, s.341)

Axır zamanda əyləncələrin və çengilerin (qadın, qız artıstlərinin) meydana gəlməsi, içkinin də məkruh (caiz) sayıldığı zaman yerə batma, daş yağmalar baş verəcək və insan qılığından çıxacaq.
(Hz. Sehl İbni Saad, Ramuz El Ehadis, cilt 2, s.302/8)

Elm ortadan qalxmadıqca, zəlzələlər çoxalmadıqca, zaman qısalmadıqca, fitnələr olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz.(Buhari, İbni Mace, Kıyamet Alametleri, s.108)