Müsəlmanlara qarşı təzyiqlərin artması

Kiçik və böyük məscidlərin yıxılması

Haramların halal sayılması

İran-İraq müharibəsi

Əfqanıstanın işğalı

Səhrada batan ordu Hz. Mehdinin çıxış əlamətlərindəndir

Firatın suyunun kəsilməsi

Ramazan ayında Ay və Günəş tutulmaları

Quyruqlu ulduzun çıxması

Kəbə basqını və Kəbədə qan axıdılması

Şərq tərəfindən bir alovun görünməsi

Saxta peyğəmbərlərin çoxalması

Dinin şəxsi mənfəət əldə etmək üçün istifadə edilməsi

Böyük hadisələrin və heyrət verici şeylərin meydana gəlməsi

Hz. İsa, Hz. Mehdinin

Hz. Mehdinin

Hz. Mehdinin

Nəticə

Müəllif haqqında

Adnan Oktarın həyatı
və əsərləri
Daxil ol

Adnan Oktarın həyatı və əsərləri haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Adnan Oktarın bir günü necə keçir?

Daxil ol

Adnan Oktar bir gününü necə keçirdiyini açıqlayır.

Harun Yəhya əsərlərinin nəticələri

Daxil ol

Harun Yəhya əsərləri vasitəsi ilə iman edənlər və imanını gücləndirənlər.

Hz. Mehdinin çıxış əlamətləri və xüsusiyyətləri

Peyğəmbərimizin (s.ə.v) hədislərində qiyamətə yaxın bir zamanda yaşanacaq olan axır zaman haqqında çox detallı məlumatlar və işarələr mühüm yer tutur. Peyğəmbərimizin (s.ə.v) verdiyi məlumatlara görə, bu dövrdə bir-birinin ardınca bir çox əhəmiyyətli hadisələr reallaşacaq.

Axır zamanın əvvəllərində dünyada böyük bir pozulma və qarışıqlıq hökm sürəcək, ikinci mərhələdə isə həqiqi din əxlaqının yaşanmasıyla birlikdə yer üzündə barış və əmin-amanlıq hakim olacaq.

Hz. Mehdinin axır zamanda göndəriləcəyi, Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnmiş, Müsəlmanları zülm və çətin mühitdən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, əmin-amanlıq, xoşbəxtlik və rifah gətirəcək olan müqəddəs bir şəxsdir. Peyğəmbərimizdən (s.ə.v) nəql olunan səhih hədislərə görə Hz. Mehdi, müxtəlif xurafatlarla, batil inanc və tətbiqlərlə əslindən uzaqlaşdırılmış olan dini, əsl əvvəlki (Peyğəmbərimizin dövründəki) halına gətirəcək, Hz. İsa ilə görüşəcək, Allahın icazəsiylə yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.

Bu xəbər iman edənlərin şövq və həyəcanını artıran çox böyük bir müjdədir. Peyğəmbər Əfəndimizin (s.ə.v) hədisləriylə birlikdə, İslam alimləri də, yaşadıqları dövrlərdən günümüzə qədər gəlib çatmış əl yazması olan əsərləriylə, o zamandan bu günə, bu böyük müjdənin şövq və həyəcanını daşımışlar, inananlar üçün bu mövzunun canlı tutulmasına və təqibinə vəsilə olmuşlar. Hal-hazırki dövrdə ortaya çıxan əlamətlər bizə, Hz. Mehdinin çıxışının yaxın olduğunu göstərir. Hansı ki, yaşadığımız illərdə yer üzündə baş verən qarışıqlıq, zülm, terror və müharibələr, fitnələr, qıtlıqlar və zəlzələlər Hz. Mehdinin çıxış əlamətlərindəndir.

Hz. Mehdinin çıxış əlamətləri ilə əlaqədar Peyğəmbərimizin (s.ə.v.) bir çox hədisləri var. Bu hədislər bir çox böyük İslam alimlərinin kitablarında bizlərə nəql edilmişdir. Bu hissədə, əsasən hədislərin dövrümüzlə olan əlaqələri araşdırılacaq. Bu hədislərin yaşadığımız dövrün mühit və şərtlərini açıqca təsvir etdiklərini və çox yaxın keçmişdə ardıcıl surətdə reallaşan bəzi kritik hadisələri möcüzəvi bir şəkildə xəbər verdiklərini görəcəyik.

Qeyd etdiyimiz kimi istər Hz. Mehdinin çıxışı, istərsə də qiyamət əlamətləri ilə əlaqədar hədislərin ard-arda reallaşmaları müəyyən bir dövrə işarə edir və bütün əlamətlərin Hicri 14-cü əsrin əvvəlindən (Miladi 1979-1980) etibarən ardıcıllıqla ortaya çıxması, yaşadığımız dövrün Hz. Mehdinin yer üzündə olduğu illəri çox dəqiq bir şəkildə reallaşmağına işarə edir. (Ən doğrusunu Allah bilər)